Xristianların Hz. İsanın (ə.s) (haşa) Allahın oğlu olduğuna dair inancları böyük yanılmadır. -1-

Müqəddəs torpaqlarda yaşayan yəhudilər arasında meydana gələn xristianlıq dini Hz. Musanın (ə.s) şəriətinə görə yaşayan səmimi yəhudilərin Hz. İsaya (ə.s) tabe olmaları ilə inkişaf etmişdir. Hz. İsaya (ə.s) tabe olan yəhudilərin xüsusiyyəti isə Allaha bir və tək olaraq iman etmələridir.

 


Ancaq bu tövhid inancı Hz. İsanın (ə.s) göyə alınması və xristianlığın bütpərəst dünyaya yayılmasından sonra dəyişmiş, Hz. Musa (ə.s) şəriətinin əsası olan tövhid inancı böyük dəyişikliyə məruz qalmışdır. Hz. İsa (ə.s) xristianlıq dininə sonradan daxil edilən üçləmə inancına görə ilah olaraq qəbul edilməyə başlanmışdır (Allahı tənzih edirik). Xristianlar Allahın Şəxsinin Hz. İsada (ə.s) insan olaraq vücud aldığını iddia etməyə başlamış və bu səhv inancı yaymışdılar.

 

 

Üçləmə inancı (Allahı tənzih edirik) "ata, oğul və müqəddəs ruh"dan meydana gəldiyini iddia edən üçlü Allah inancı mənasında istifadə edilir. Xristianlıq inancını dəyişdirmək istəyən müxtəlif insanlar dövrün Roma İmperatoru Konstantinin liderliyi və dəstəyi ilə özlərinə bu mövzuda əsas olaraq Tövrat və İncildə keçən "Allahın oğlu" ifadələrini götürmüş və bunu istifadə etmişlər. Halbuki, Tövratda və İncildə keçən "Allahın oğlu" ifadələri bütün iman edənlərin Allahın sevimli qulları olduğunun gözəl ifadəsidir. Matda İncilində bu həqiqət "Barışı təmin edənlər nə xoşbəxtdirlər! Onlara Tanrı oğulları deyiləcək" (Matda, 5:9) ifadəsilə açıq şəkildə izah edilmişdir. Hz. İsaya (ə.s) qarşı istifadə edilən bu ifadə də eyni mənanı daşıyır, İncildə keçən "oğul" ifadəsi Allahın sevimli qulu mənasını verir, Allahın həqiqi oğlu (Allahı tənzih edirik) mənasına heç bir şəkildə uyğun gəlmir. Xristianlığa sonradan daxil edilmiş və tövhid inancını yox etməyə çalışan bu yanlış və olduqca təhlükəli inanc, zaman keçdikcə xristianlıq dininin ən böyük həqiqəti və şərti halına gətirilmiş və hətta buna inanmayanlar dindən çıxanlar kimi qəbul edilmişdir. Bu səhv inanc üçləməni müdafiə edən bəzi rahiblərin liderliyində təzyiq və əsaslanma üsulu ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılmış, xristianlıq dininə məcburən daxil edilmişdir. Üçləmə inancına qarşı çıxanlar ciddi şəkildə cəzalandırılmış, ölkələrindən sürgün edilmiş, hətta öldürülmüşlər. (Üçləmə inancının Xristianlığa məcburən daxil edilməsi ilə əlaqədar tarixi məlumatları buradan oxuya bilərsiniz)

 

 

Hz. İsa (ə.s) Gəldikdə Xristianları Üçləmə Yanılmasından Qurtaracaq
Adnan Oktarın 19 Yanvar 2009 tarixli Ekin Tv reportajından

 

Xristianlığa sonradan daxil edilmiş üçləmə inancı, ya da bir qism xristianların dili ilə desək üçlü birlik inancı nə Tövratda, nə də İncildə mövcud deyil. İncilin heç bir yerində üçləmə ifadəsi keçmir. Bu, zorakı mühit içində batil olaraq inkişaf etdirilən və Hz. İsaya (ə.s) aid edilmiş “Allahın oğlu” ismi bəzi xristianların yaşadıqları böyük yanılma və çox böyük təhlükədir. Allah Quranda bu iddianı çirkin cəsarət olaraq xarakterizə edir və bunun təhlükəsinin böyüklüyünü belə təsvir edir:

 

 

(Kafirlər:) “Ər-Rəhman özünə övlad götürmüşdür!”– dedilər. Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – ər-Rəhmana övlad isnad etdiklərinə görə. Ər-Rəhmana özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı ər-Rəhmanın hüzuruna ancaq bir qul kimi gələcək.  (Məryəm surəsi, 88-93)

 

 

Səmimi xristianlar bu böyük təhlükəni mütləq görməlidirlər. İncilə əsrlər sonra əlavə olunmuş və fitnə mühiti içində bütün reaksiyalara baxmayaraq, zorla qəbul etdirilməyə çalışılmış üçləmə inancının əslində həqiqi İncillə tamamilə ziddiyyət təşkil etdiyini dərk etməlidirlər. Mövzu ilə əlaqədar digər izahları sonrakı yazılarımızda tapa bilərsiniz.