Xristianların Hz. İsanın (ə.s) (haşa) Allahın oğlu olduğuna dair inancları böyük yanılmadır. -2-

Xristianlıqdakı "oğul" ifadəsi eynilə Tövratda olduğu kimi İncildə də Allaha qulluq mənasında istifadə edilir. Hz. İsa (ə.s), əlbəttə ki, Allahın sevimli quludur, lakin o, yemək yeyən, su içən, yorulanda istirahət edən, yatan və yaradılan hər varlıq kimi aciz varlıqdır. Bu həqiqət İncildə bir çox hissədə ifadə edilmiş həqiqətdir (İncildə Hz. İsanın (ə.s) insani xüsusiyyətləri və Allahın vəhyini çatdıran elçi olması ilə əlaqədar bildirilənləri buradan oxuya bilərsiniz). Eyni zamanda, Allah Quranda da Hz. İsanın (ə.s) bütün insanlar kimi aciz və imtahan olunan bəşər övladı olduğunu xəbər vermişdir:

 

 

Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə (Allaha) sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar (haqdan) necə döndərilirlər. (Maidə surəsi, 75)

 

 

Xristianlar bu mövzuda səmimi davranmalı və bir insana ilahlıq verməyin Hz. İsanın (ə.s) gətirdiyi Xristianlıq dini, İncil və Tövratın hökmləri ilə ziddiyyət təşkil etdiyini, eyni zamanda ağıla və məntiqə zidd olduğunu da anlamalıdırlar. Haqq İncilə əsrlər sonra əlavə olunmiş belə bir inancın ciddi təhlükə olduğuna ehtimal verməli və bunun üzərində dərin düşünməlidirlər. Allahın üstün xüsusiyyətlərini insana yükləməyin, acizliklərlə yaradılmış insanı ilah olaraq göstərməyin nə mənası və faydası ola bilər? Allahın buna, şübhəsiz ki, ehtiyacı yoxdur (Allahı tənzih edirik). Bu ALLAHIN QÜDRƏTİNİ VƏ BÖYÜKLÜYÜNÜ LAZIMINCA TƏQDİR EDƏ BİLMƏMƏK deməkdir.

 


Bundan başqa, Allahın yer üzündə insan kimi Zatı ilə zühur etməsi fikrini xristianlar da istəməməlidirlər. Bunu Allahın şəninə yaraşdırmamalıdırlar. Allahın böyüklüyü, ucalığı, ululuğu, qüdrəti və sonsuz gücü xristianlar üçün nemətdir. Sonsuz güc sahibi Allaha inanmaqmı daha gözəldir, yoxsa yatan, yemək yeyən, ehtiyac içində olan insanı ilah etməkmi? Əlbəttə, bunun cavabını bütün xristianlar biləcəklər. Allahın Öz üstün şəxsini insanlara tanıtmaq üçün yer üzündə ölümlü və ehtiyac içində olan varlıqda təzahür etməyə ehtiyacı yoxdur (Allahı tənzih edirik). Xristian qardaşlarımız İncilə ağılla düşünərək baxmalı və bütün bunları düzgün şəkildə qiymətləndirməlidirlər.

 

Hz. İsanın (ə.s) insani xüsusiyyətlərə malik olması, əlbəttə, bir peyğəmbər kimi onun dəyərini aşağı salmaz. Hz. İsa (ə.s) Rəbbimizin qiymətli və çox mübarək peyğəmbəridir. Allah Qatında bütün digər peyğəmbərlər kimi ən yüksək və ən müqəddəs mövqedədir. Allahın sevimli dostu, uca peyğəmbəridir.

 


Əsas olan Allaha (bir və tək olan Yaradanımıza) iman gətirməkdir. Allah insanlardan Ona şərik qoşmadan iman və qulluq etmələrini istəyir. İnsanların qulluq etmələri üçün Allahın yer üzündə insan kimi zühur etməsinə ehtiyac yoxdur. Xristian qardaşlarımız bu sualı özlərinə verməlidirlər: Allahın Hz. İsada (ə.s) Zat kimi təzahür etməməsi Allahın xüsusiyyətlərindən nəyi azalda bilər? (Allahı tənzih edirik) İnsanda Allahın Zat kimi təzahür etməməsi Allahın xüsusiyyətlərini, üstünlüyünü, gözəlliyini azaldan bir şey deyil. Əksinə, bu, Allahın gözəlliyinə gözəllik qatar, Onun üstün xüsusiyyətlərinin daha yaxşı başa düşülməsini təmin edər. Ölümlü, yatan, yemək yeyən, acizlik və ehtiyac içində olan insana Allahın Zat kimi təzahürünü yaraşdırdıqdan sonra Allahın üstün xüsusiyyətlərini lazımınca təqdir edə bilmək necə mümkün ola bilər? Bu, əlbəttə, mümkün deyil.