Yolxucu xəstəliklər.

"Ey Malik oğlu Avf !  Qiyamətdən  əvvəlki altı əlaməti sayayım?"  Dedim ki: "Onlar nələrdir ya Rəsulullah?"  

 

O da belə buyurdu: "... Sizin aranızda xolera və şarbon kimi ölümcül iki xəstəlik yayılacaq." (Səhihi Buxari; Gözlənilən Mehdi, 3. nəşr, s.147)

 

  Vəba kimi yoluxucu  xəstəliklər, yəni qoyunu, keçini   öldürən  heyvan xəstəliyi  sizi tapacaq ... (Ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 417, nömrə. 761)

 

 

Yolxucu  xəstəliklər hər zaman  olmuşdur. Ancaq hal-hazırki  xəstəlikləri  keçmişdəklərlə  müqayisə etsək,  daha sürətlə yayıldıqlarını görərik.  Keçmişdə yalnız müəyyən bölgələrdə təsirli olan xəstəliklər, indi  bir çox ölkəyə bir anda yayıla bilirlər.

 

Hazırda tez-tez yeni və məlum olmayan  epidemiya xəstəlikləri ortaya çıxır.  Son 20-30 il içində ən çox rast gəlinən yolxucu  xəstəliklərdən bir də AIDS-dir.   AIDS-dən ölənlərin sayı  70 milyona çata bilər.  Tədqiqatçılar, AIDS xəstəliyindən ölənərin sayının 2020-ci ildə 70 milyon olacağı barədə  xəbərdarlıq etdi. (27.06.2003 www.ntvmsnbc.com)