Bir insanın yuxusunda Hz. Mehdini (ə.s) gördüyünü deməsi, Hz. Mehdini tanımaq üçün dəlil ola bilməz.

Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdi haqqında ətraflı məlumat vermişdir. Hz. Mehdinin zühurunu müjdələyən yüzlərlə əlaməti əhatəli şəkildə xəbər vermiş, Hz. Mehdinin fiziki xüsusiyyətlərini ən incə detallarına qədər təsvir etmiş, Hz. Mehdinin əxlaqının necə olacağını izah etmişdir. Böyük İslam alimləri də Peyğəmbərimizin (s.ə.v.) hədislərinə əsasən Hz. Mehdinin hicri təqvimlə 1400-cü ildə zühur edəcəyini, İslam dünyasında birliyi bərqərar edəcəyini, Hz. İsa ilə birlikdə İslam əxlaqının hakim olmasında vasitəçi olacağını hamının başa düşəcəyi üslubla açıqlayıblar. Allah qədərdə kimi təqdir edibsə Hz. Mehdi odur. Səmimi möminlər imanın nuru ilə, yəni gördükləri və şahid olduqları hadisələri vicdanları ilə qiymətləndirərək Hz. Mehdini tanıya bilərlər. Ancaq bir insana qəti olaraq “Hz. Mehdidir” demək Qurana ziddir. Biz ancaq Allahın izni ilə İslam əxlaqı dünyaya hakim olanda və Hz. İsa bu mübarək şəxsin arxasında namaz qılanda “Allahu aləm bu şəxs Mehdidir deyə” bilərik. Belə ki, “yuxumda bu şəxsin Mehdi olduğunu gördüm, deməli bu şəxs Mehdidir” kimi ifadələr Qurana və sünnəyə uyğun deyil.

Bunu da nəzərə çatdırmaq lazımdır ki, Peyğəmbərimiz (s.ə.v.) görmədiyi yuxunu söyləyənlərin vəziyyətini belə xəbər vermişdir:

İbni Ömər belə rəvayət edir:

Ən böyük yalan bir insanın görmədiyi yuxunu söyləməsidir. (Buhari, Tabir: 45, Müsned 2:96, 119; Camiüs Sagir -Suyutinin hazırladığı Feyzül Kadir əsas alınaraq edilmiş tərcüməsi)

Bir insanın yuxuda gördüyü hər hansı şəxs üçün Mehdilik iddia etməyi, o şəxsin saxta Mehdi elan edilməsi deməkdir. Saxta Mehdilərin, saxta peyğəmbərlərin, saxta Məsihlərin çıxmağı Hz. Mehdinin zühur əlamətlərindən biridir. Hədislərdə bu mövzu belə izah edilir:

Allahın rəsulu olduğunu iddia edən otuza yaxın yalançı çıxmamış qiyamət qopmaz. (Tirmizi, Fiten 43; Ebu Davud, Melahim 16)

            Hər biri tək məbud olan Allah tərəfindən Rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 3)

Hədislərdə otuz, altmış kimi fərqli ədədlərin verilməsi axır zamanda saxta mehdilərin və saxta peyğəmbərlərin sayca çox olacağını göstərir.

Saxta peyğəmbərlərə Quran ayələrində də diqqət çəkilmişdir. Allah bir ayədə belə buyurur:

Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran) kimi bir kitab endirəcəyəm”, - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin! (Ənam surəsi, 93)

budur ki, hər şeyin ən doğrusunu Allah bilər. Hər mövzuda olduğu kimi axır zaman haqqında da Onun bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur.