2.

... BUNDAN BİR ƏSR SONRA ZULÜMATI DAĞIDACAQ ZATLAR (şəxslər) İSƏ HƏZRƏT-İ MEHDİNİN ŞAGİRDLƏRİ OLA BİLƏR.” (Şualar, 1-ci Şua, səh. 605) (Sikke-i Tasdik-i Gaybi, səh. 90)
Ustad bu sözü “miladi 1936-cı, yəni hicri 1355-ci ildə” 1-ci şüada ifadə etmişdir. Bu tarixə əsasən bir əsr sonra hicri 1400-cü illərə uyğun gəlir.
Sure-i Tövbədə: “Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər.” ayəsindəki “... Allah Öz nurunu tamamlamaq istər” cümləsi qüvvətli və lətafətli (nəzakətli) münasibət-i mənəviyyəsilə (mənəvi yaxınlıqla) birlikdə şəddəli “lamlar” hər biri bir “lam” və şəddəli “mim” əsl kəlmədən olduğuna görə iki “mim” sayılmaqla min üç yüz iyirmi dörd (1324) edərək Avropa zalımları dövlət-i İslamiyyənin nurunu söndürmək niyyətilə dəhşətli bir sui-qəsd planı hazırladıqları və ona qarşı Türkiyə hamiyətpərvərlərinin hürriyyəti iyirmi dördüncü ildə elanı ilə o planı akim (uğursuz) qoymağa çalışdıqları halda məattəssüf (təəssüf ki) altı-yeddi il sonra hərbi-ümumi (Birinci Dünya Müharibəsi) nəticəsində yenə o sui-qəsd niyyətilə Sevr Muahədəsində (sazişində) Quranın zərərinə çox ağır şəraitlə (şərtlərlə) kafiranə fikirlərini yenə icra etmək olan planlarını akim qoymaq (uğursuz etmək) üçün Türk milliyyətpərvərləri cümhuriyyəti-elanla müqabiləyə (cavab verməyə) çalışdıqları vaxt - min üç yüz iyirmi dörddüncü ildə, ta otuz dördə, ta əlli dördə tamamilə təvafüqlə (uyğun olaraq), o hərci-mərc (qarışıqlıq) içində Quranın nurunu mühafizə etməyə çalışanlar içində Resail-in Nur müəllifinin iyirmi dördüncü ildə (1324) və Resail-in Nurun müqəddimatının otuz dördüncü ildə (1334) və Resail-in Nurun nurani cüzləri və fədakar şagirdlərinin əlli dörddə (1354) müqabiləyə (tədbir tökməyə) çalışmaları gözə çarpır. Hətta həqiqəti-halı (əsl vəziyyəti) bilməyən bir qisim əhli-siyasəti təlaşa sövq etdilər (təlaşlandırdılar) və bu itfa (söndürmə, təzyiq) sui-qəsdinə qarşı tənvir (maarifləndirmə) vəzifəsini tam ifa etdiklərinə (yerinə yetirdiklərinə) görə bu ayənin mənayi-işarisi (işarə etdiyi məna) baxımından bir mədari-nəzəri olduqlarına qüvvətli əmarədir (əlamətdir). İndi İslamlar içində Nur-u Qurana müxalif halətlərin (halların, hadisələrin) əksəriyyəti o sui-qəsdlərin və Sevr Muahədəsi (sazişi) kimi qəddaranə muahədələrin (sazişlərin) qorxulu nəticələridir. Əgər şəddəli “mim” də şəddəli “lamlar” kimi bir sayılsa, onda min iki yüz səksən dörd (1284) edər. O tarixdə Avropa kafirləri dövlət-i İslamiyyənin nurunu söndürməyə niyyət edərək on il sonra Rusları təhrik edib Rusun doxsan üçüncü ildəki (1293) müharibə-i məşuməsilə (uğursuz, pis müharibəsilə) aləmi-İslamın (İslam aləminin) parlaq nuruna müvəqqət (keçici, müvəqqəti) bulud pərdə etdilər. Lakin bunda Rəsail-in Nur şagirdləri yerində Mövlana Xalidin (K.S.) şagirdləri o bulud zülümatını (zülmət, qaranlıq) dağıtdıqlarına görə bu ayət bu baxımdan onların başlarına rəmzən (işarə ilə) barmaq basır (işarə edir).
İndi xatirə gəldi (yada düşdü) ki, əgər şəddəli “lamlar” və “mimlər” hər biri cüt sayılsa, BUNDAN BİR ƏSR SONRA ZÜLÜMATI (qaranlığı, dinsizliyi) DAĞIDACAQ ZATLAR İSƏ HƏZRƏTİ MEHDİNİN ŞAGİRDLƏRİ (TƏLƏBƏLƏRİ) OLA BİLƏR.
Hər nə isə... Bu nurlu ayənin çox nurani nüqtələri (incə mənaları) var. Əlif, Lam, Ra. Elə bir Kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura – yenilməz qüvvət sahibi, tərifə layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik. (İbrahim surəsi, 1)
(Şualar, 1-ci Şua, səh. 605) (Sikke-i Tasdik-i Gaybi, səh. 90)
Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu tamamlamaq istər. (Tövbə surəsi, 32) ayəsindəki “Allah isə ... ancaq öz nurunu tamamlamaq istər” cümləsinin əbcəd dəyəri: HİCRİ 1424, YƏNİ MİLADİ “2004”-dür.
