10.

AXIRZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA, ƏLBƏTTƏ, ƏN BÖYÜK BİR MÜCTƏHİD (ehtiyac olduqda ayələrdən hökm çıxaran böyük İslam alimi), HƏM DƏ ƏN BÖYÜK BİR MÜCƏDDİD (hər dövrün əvvəlində hədis və ayələri dövrün ehtiyacına görə təfsir edən İslam alimi), HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞİD, HƏM QÜTB-Ü ƏZƏM KİMİ BİR ZAT-İ NURANİNİ GÖNDƏRƏCƏK VƏ O ZAT DA ƏHL-İ BEYT-İ NƏBƏVİDƏN OLACAQDIR... (Məktubat, səh. 425-426)
Said Nursi həzrətləri “Məktubati” 1926-ci ildə qələmə almişdir. Ustadin dövründə axirzamanin ən böyük fəsadi olan darvinizm, materializm və ateizmin cəmiyyət üzərindəki təsiri bu günkü kimi güclü deyildi. Lakin Hz. Mehdinin (ə.s.) zühur əsri olan hicri 1400-cü il bu dinsiz cərəyanlarin çox sürətli yüksəldiyi, insanlar və cəmiyyətə ən çox təsir etdikləri əsr olmuşdur. Dövrlərində etdikləri xidmətlər baximindan nə Ustad, nə də ondan əvvəl gələn mücəddidlər Hz. Mehdidə (ə.s.) toplanacaq ən böyük mücəddid, ən böyük mürşüd və müctəhid, hakim, Mehdi və qütb-ü əzəm sifətlərinə birlikdə sahib olmamişlar.
Əlcavab: Cənab-i Haqq kamal-i rəhmətindən (ən yüksək rəhmətindən) şəriət-i İslamiyyətin ədəbiyyatına (İslam hökmlərinin öyrədilməsinə) bir əsər-i himayət (qorumasının əlaməti) kimi hər bir fəsad-i ümmət zamanında bir müslih (islah edici) və ya bir mücəddid (böyük alim) və ya bir xəlifə-i zişan (şanlı xəlifə) və ya bir qütb-ü əzəm və ya bir mürşüd-ü əkməl (qüsursuz yolgöstərici) və yaxud bir növ Mehdi hökmündə mübarək zatları göndərmişdir; fəsadı (pisliyi, şəri) izalə edib (aradan qaldırıb) milləti islah etmiş (doğru yola gətirmiş); Din-i Əhmədiyyəni (Ə.S.M.) mühafizə etmişdir. Madam ki, adəti elə cərəyan edir, AXIRZAMANIN ƏN BÖYÜK FƏSADI ZAMANINDA ƏLBƏTTƏ ƏN BÖYÜK MÜCTƏHİD, HƏM DƏ ƏN BÖYÜK MÜCƏDDİD, HƏM HAKİM, HƏM MEHDİ, HƏM MÜRŞÜD, HƏM QÜTB-Ü ƏZƏM KİMİ BİR ZAT-İ NURANİNİ (nurlu şəxsi) GÖNDƏRƏCƏK VƏ O ZAT DA ƏHL-İ BEYT-İ NƏBƏVİDƏN (Peyğəmbərimizin S.A.V. soyundan) OLACAQDIR. CƏNAB-İ HAQQ BİR DƏQİQƏ ZƏRFİNDƏ (ərzində) BEYN-ƏS-SƏMA VƏL-ƏRZ ALƏMİNİ (göylə yerin arasını, dünyanı) BULUDLARLA DOLDURUB BOŞALTDIĞI KİMİ BİR SANİYƏDƏ DƏNİZİN FIRTINALARINI TƏSKİN EDƏR (sakitləşdirər) VƏ BAHARDA BİR SAATDA YAY MÖVSÜMÜNÜN NÜMUNƏSİNİ (örnəyini) VƏ YAYDA BİR SAATDA QIŞ FIRTINASINI İCAD EDƏN QADİR-İ ZÜLCƏLAL (Cəlal və İzzət sahibi Uca Allah) MEHDİ İLƏ DƏ ALƏM-İ İSLAMIN ZÜLÜMATINI (qaranlıqlarını) DAĞIDA BİLƏR VƏ VƏD ETMİŞDİR. VƏDİNİ ƏLBƏTTƏ YERİNƏ YETİRƏCƏKDİR.
Qüdrət-i İlahiyyə (ilahi güc) cəhətindən baxılsa, olduqca asandır. Əgər dairə-i əsbab (səbəblər dairəsi) və hikmət-i Rəbbaniyyə (Allahın hikməti) cəhətindən düşünülsə, yenə o qədər mümkün və vukua (baş verməyə) layiqdir ki, “Əgər müxbir-i Sadiqdən rəvayət olmasa belə hər halda elə olmalıdır. “Və olacaqdır”-deyə əhl-i təfəkkür (təfəkkür edənlər, dərin düşünənlər) hökm edir. Belə ki: Fəlillahilhəmd, ... Allahım!” Eynilə Aləmlərdə İbrahimə və İbrahimin Alinə (soyuna) səlat etdiyin kimi Əfəndimiz Muhammədə və Əfəndimiz Muhammədin Alinə də səlat et. Şübhəsiz, Sən hər cür həmd və tərifə nəhayətsiz (sonsuz) dərəcədə layiqsən və şan və şərəfin hər şeydən nəhayətsiz (sonsuz) dərəcədə yüksəkdir. Al-i İbrahim Əleyhissalam (Hz. İbrahimin (ə.s.) soyu) kimi elə bir vəziyyət almışdır ki, ümum mübarək silsilələrin başında ümum əqtar (açıq sahələr, məkanlar) və əsarın məcmalarında (gizli toplanma yerlərində) o nurani zatlar sərkərdəlik edirlər. Və elə bir kəsrətdədirlər ki (o qədər çoxdurlar ki), o sərkərdələrin məcmusu (hamısı) böyük bir ordu təşkil edir. Əgər maddi şəklə girsə və bir təsanüdlə (birləşərk) bir firqə (diviziya, bölmə) vəziyyətini alsalar, İslamiyyət dinini milliyyət-i müqəddəsə (mübarək icma) hökmündə rabitə-i ittifaq (həmrəylik nizamı) və intibah (oyanma) etsələr, heç bir millətin ordusu onlara qarşı tab gətirə bilməz. O çox kəsrətli (çoxluq təşkil edən) o müqtədir (güclü) ordu məhz Al-i Muhamməd Aleyhissəlatu Vəssəlamdır və Həzrət-i Mehdinin ən xas ordusudur. Bəli, bu gün tarix-i Aləmdə (dünya tarixində) heç bir nəsil, şəcərə ilə və sənətlərlə və ənənə ilə bir-birinə müttəsil (bir-birilə əlaqədar) və ən yüksək şərəf və Ali həsəb və əsl-nəsəblə (soyla) mümtaz (fərqlənən, üstün) heç bir nəsil yoxdur ki, Al-i Beytdən gələn seyidlər nəsli qədər qüvvətli və əhəmiyyətli olsun. Keçmiş zamandan bəri bütün əhl-i həqiqətin firqələri başında onlar var və əhl-i kamalın (kamil və dəyərli şəxslər) namdar (ad-sanlı) rəisləri yenə onlardır. İndi də kəmiyyət baxımından (sayca) milyonları keçən bir nəsl-i mübarəkdir. Mütənəbbih (ağıllı, məsuliyyət sahibi) və qəlbləri imanlı və məhəbbət-i Nəbəvi (Peyğəmbər sevgisi) ilə dolu və cahandəyər (dünyanın ən qiymətlisi) şərəf-i intisabıyla (mənsub olması ilə) sərfirazdırlar (seçilirlər). BELƏ BİR CAMAAT-İ ƏZİMƏ (böyük camaat) İÇİNDƏKİ MÜQƏDDƏS QÜVVƏTİ TƏHYİC EDƏCƏK (coşduracaq) VƏ OYANDIRACAQ HƏDİSAT-İ ƏZİMƏ VÜCUDA GƏLİR (böyük və əhəmiyyətli hadisələr baş verir). ƏLBƏTTƏ O QÜVVƏT-İ ƏZİMƏDƏKİ BİR HAMİYƏT-İ ALİYƏ FƏVƏRAN EDƏCƏK (o böyük qüvvəyə malik heysiyyət və müqəddəsatı qoruma hissi oyanacaq) VƏ HƏZRƏT-İ MEHDİ BAŞINA KEÇİB TARİQ-İ HAQQ VƏ HƏQİQƏTƏ SÖVQ EDƏCƏK (doğru yola və həqiqətə istiqamətləndirəcək). BELƏ OLMAQ VƏ BELƏ OLMASINI, BU QIŞDAN SONRA BAHARIN GƏLMƏSİ KİMİ, ADƏTULLAHDAN (Allahın yaratdığı təbiət qanunları) VƏ RƏHMƏT-İ İLAHİYYƏDƏN (Allahın rəhmətindən) GÖZLƏYİRİK VƏ GÖZLƏMƏKDƏ HAQLIYIQ.
İkinci işarət,yəni:
Altıncı işarət
Həzrət-i Mehdinin cəmiyyət-i nuraniyyəsi Sufyan komitəsinin təxribatçı rejim-i bidəqaranəsini təmir edəcək, Sünnət-i Səniyyəni bərpa edəcək, yəni Aləm-i İslamiyyətdə risalət-i Əhmədiyyəni (ə.s.m.) inkar niyyətilə şəriət-i Əhmədiyyəni (ə.s.m.) təxribə (pozmağa) çalışan Sufyan komitəsi Həzrət-i Mehdi cəmiyyətinin möcüzəkar mənəvi qılıncı ilə öldürüləcək və məhv ediləcək. Həm Aləm-i insaniyyətdə inkar-i uluhiyyət niyyətilə mədəniyyət və müqəddəsat-i bəşəriyyəni zir-ü zəbər edən (məhv edən) Dəccal komitəsini, Həzrət-i İsa Əleyhissalamın din-i həqiqisini İslamiyyətin həqiqətilə birləşdirməyə çalışan hamiyətkar və fədakar bir İsəvi camaatı namı altında və “Müsəlman İsəviləri” ünvanına layiq bir cəmiyyət, o Dəccal komitəsini Həzrət-i İsa Əleyhissalamın riyasəti (rəhbərliyi) altında öldürəcək və məhv edəcək, bəşəri inkar-i uluhiyyətdən (Allahı inkar etməkdən) xilas edəcək. Bu mühüm sirr çox uzundur. Başqa yerlərdə bir az bəhs etdiyimizə görə burada bu qısa işarətlə iqtifa edirik. (Mektubat, səh. 425-426)
