3.

“HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ZAT” ... (Kastamonu Lahikası, səh. 61-62)
Ustad bədiüzzaman həzrətləri bu ifadəsini 1936-cı (hicri 1354) ildə yazdığı kastamonu lahikasında bildirir. Bu tarixlər hicri 1300-cü ilə uyğun gəlir. Ustadın “bir əsr sonra...” Şəklində ifadə etdiyi 100 il sonrakı dövr isə Hz. Mehdinin (ə.s.) Zühur etdiyi hicri 1400-cü ilə uyğun gəlir.
Əziz qardaşlarım! Sədaqətinizdən tərəşşuh edən (irəli gələn) və həddimin bir çox fövqündə hüsn-ü zənninizə qarşı bundan əvvəl verdiyim cavabın bir tətimməsi (mövzunu tamamlayan əlavəsi) kimi bu gələcək məqaləni iki gün əvvəl yazmışdıq. Sizin fövqəladə sədaqət və ulüvv-ü himmətinizdən (cəhdinizdən, səyinizdən) tərəşşuh edən (irəli gələn) bir həftə əvvəlki məktubunuza qarşı hüsn-ü zənninizi bir dərəcə cərh edən (inkar edən, təkzib edən) mənim cavabımın hikməti budur ki, “... BU ZAMANDA ELƏ FÖVQƏLADƏ HAKİM CƏRƏYANLAR VAR Kİ, HƏR ŞEYİ ÖZ HESABINA ALDIĞI ÜÇÜN FƏRƏZƏ HƏQİQİ GÖZLƏNİLƏN VƏ BİR ƏSR SONRA GƏLƏCƏK O ZAT belə bu zamanda gəlsə, hərəkatını o cərəyanların əlinə verməmək üçün siyasət aləmindəki vəziyyətdən fəraqat edəcəyini (ehtiyat edəcəyini, ehtiyatlı davranacağını) və hədəfini dəyişdirəcəyini təxmin edirəm.
Həm də üç məsələ var: Biri həyat, biri şəriət, biri imandır. Həqiqət nöqtəsində (cəhətindən) ən mühümü və ən əzamı (böyüyü) iman məsələsidir. Lakin indiki ümumun (cəmiyyətin) nəzərində və hal-i aləm ilcəatında (dünya şərtlərinin çətinliyində) ən mühüm məsələ həyat və şəriət göründüyünə görə o zat indi olsa da, üç məsələnin birdən ümum ruy-i zəmində (dünyada) vəziyyətlərini dəyişdirmək növ-i bəşərdəki (insandakı) cari adətullaha müvafiq (uyğun) gəlmədiyinə görə hər halda ən əzam (böyük) məsələni əsas edib digər məsələləri əsas etməyəcək. Ta ki iman xidməti safvətini (xalislik, təmizlik, saflıq) ümumun (hamının) nəzərində pozmasın və avamın (xalqın) tez aldanan ağıllarında o xidmətin başqa məqsədlərə alət olmadığı təhəqqüq etsin (üzə çıxsın, sübut edilsin).” (Kastamonu Lahikası, səh. 61-62)
