5.

TA AXIRZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ (texnika və texnologiyanın inkişaf etdiyi zamanda), ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ CƏNAB-I HAQQIN İZNİLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏNDİRƏR...

(Kastamonu Lahikası, Səhifə 72, Tarihçe-i Hayat, Səhifə 258, Hizmet Rehberi, Səhifə 267, Sikke-i Tasdik-i Gaybi, Səhifə 153)

 

USTAD KASTAMONU LAHİKASINI 1936-CI İLDƏ HAZIRLAMIŞDIR. BU ƏSƏRİNDƏ “TA AXIRZAMANDA...” İFADƏSİLƏ RİSALE-İ NURUN ƏSL SAHİBLƏRİ KİMİ GÖSTƏRDİYİ HZ. MEHDİ (Ə.S.) VƏ TƏLƏBƏLƏRİNİN ÖZÜNDƏN ÇOX DAHA SONRAKI VAXTDA GƏLƏCƏKLƏRİNİ İFADƏ ETMİŞDİR.

 

Axır (son) məqaləsində Müxbir-i Sadiqin (Peyğəmbərimizin (s.a.v.)) xəbər verdiyi “Mənəvi fütuhat etmək (qələbələr qazanmaq) və zülümatı (qaranlığı, dinsizliyi) dağıtmaq (yox etmək) zaman və zəminin (yer, məkan) demək olar ki gəlib çatması” deyə məqaləsinə bütün ruhu canımızla rəhmət-i İlahiyyədən niyaz edirik, istəyirik. Lakin biz Risale-i Nur şagirdləri isə, vəzifəmiz xidmətdir; vəzife-i İlahiyyəyə (Allahın işinə) qarışmamaq və xidmətimizi onun vəzifəsinə bina etməklə bir növ təcrübə etməməklə bərabər, kəmiyyətə (miqdara) deyil, keyfiyyətə baxmaq, həm də çoxdan bəri süqut-u əxlaqa (əxlaq itkisinə) və həyat-i dünyəviyyəni (dünya həyatını) hər baxımdan həyat-i uhrəviyyədən (axirətdən) üstün tutmağa sövq edən dəhşətli əsbab (səbəblər) altında Risale-i Nurun indiyə qədər fütuhatı (qələbəsi) və zındıqların (dinsizlərin, kafirlərin) və dalalətlərin (mənəvi pozulma) savlətlərini (hücumlarını) dəf etməsi və yüz minlərlə biçarələrin imanlarını xilas etməsi və hər biri yüzə və minə müqabil (bərabər) yüzlərlə və minlərlə həqiqi mömin tələbələr yetişdirməsi, Müxbir-i Sadiqin (Peyğəmbərimizin (s.a.v.)) ixbarını (xəbərini) eynilə təsdiq etmiş və hadisələrlə isbat etmiş və edir, inşaAllah hələ edəcək. Və elə kök salmışdır ki, inşaAllah heç bir qüvvət Anadolunun sinəsindən onu (Risale-i Nuru) çıxara bilməz. TA AXIRZAMANDA, HƏYATIN GENİŞ DAİRƏSİNDƏ (texnika və texnologiyanın inkişaf etdiyi zamanda) ƏSL SAHİBLƏRİ, YƏNİ MEHDİ VƏ ŞAGİRDLƏRİ CƏNAB-İ HAQQIN İZNİLƏ GƏLƏR, O DAİRƏNİ GENİŞLƏNDİRƏR VƏ O TOXUMLAR SÜNBÜLLƏNƏR. BİZLƏR DƏ QƏBRİMİZDƏ SEYR EDİB ALLAHA ŞÜKÜR EDƏRİK. (Kastamonu Lahikası, Səhifə 72, Tarihçe-i Hayat, Səhifə 258, Hizmet Rehberi, Səhifə 267, Sikke-i Tasdik-i Gaybi, Səhifə 153)