6.

LAKİN SONRA GƏLƏCƏK O ACİB (təəccüb və heyrət doğuran, bənzəri görülməmiş, qəribə) ŞƏXSİN BİR XİDMƏTKARI VƏ ONA YER HAZIR EDƏN BİR DÜMDARI (ordunun arxadan hərəkət edən təhlükəsizlik qüvvələri) VƏ O BÖYÜK SƏRKƏRDƏNİN PİŞDAR (öncül) BİR NƏFƏRİ (əsgəri) OLDUĞUMU ZƏNN EDİRƏM. Və ondandır (ona görədir) ki, sən də yazılan şeylərdən o acib (qəribəlik) qoxusunu aldın. (Barla Lahikası, səh. 162)

 

Said Nursi həzrətləri “barla lahikasi”ni  1926-ci ildə qələmə almişdir. Bu əsərində Ustad Hz. Mehdinin (ə.s.) Sonra gələcəyini açiq şəkildə ifadə etmişdir. Özünün isə Hz. Mehdinin (ə.s.)  öncüsü və ona zəmin hazirlayan bir xidmətkari olduğunu ifadə etmişdir.

 

Əziz və çalışqan axirət qardaşım və xidmət-i Quranda (Qurana xidmətdə) yoldaşım Hulusi-i sani və Sabri-i əvvəl, MaşaAllah, İyirminci Məktubun qiymətini gözəl anlamısınız və gözəl də yazmısınız. Məktubunda elm-i kəlam (Cənabi Allahın zat və sifətlərindən, peyğəmbərlik, axirət və etiqada aid digər məsələlərdən İslami əsaslar çərçivəsində bəhs edən elm) dərsini məndən almağı arzu etmisiniz. Onsuz da o dərsi alırsınız. Yazdığınız ümum Sözlər o nurlu və həqiqi elm-i kəlamın dərsləridir. İmam-i Rabbani kimi bəzi qüdsi (uca, təmiz) mühəəqqiqlər (həqiqətlərə haqqı ilə vaqif olan böyük İslam alimləri) demişlər ki: Axırzamanda elm-i kəlamı, yəni əhl-i haqq məzhəbi olan məsail-i imaniyə-i kəlamiyyəni (imani məsələləri) birisi elə şəkildə bəyan edəcək ki, ümum əhl-i kəşf (kəşf edənlər) və təriqətin fövqündə o nurların nəşrinə (yayılmasına) səbəbiyyət verəcəkdir. Hətta İmam-i Rabbani özünü o şəxs kimi görmüşdür.
Sənin bu aciz və fağır və heç nadir heç olan qardaşın min dərəcə həddimin fövqündə olaraq özümü o gələcək adam olduğumu iddia edə bilmərəm, heç bir cəhətdə layiqatım yoxdur (layiq deyiləm). LAKİN SONRA GƏLƏCƏK O ACİB (təəccüb və heyrət doğuran, bənzəri görülməmiş, qəribə) ŞƏXSİN BİR XİDMƏTKARI VƏ ONA YER HAZIR EDƏCƏK BİR DÜMDARI (ordunun arxadan hərəkət edən təhlükəsizlik qüvvələri) VƏ O BÖYÜK SƏRKƏRDƏNİN PİŞDAR (öncül) BİR NƏFƏRİ (əsgəri) OLDUĞUMU ZƏNN EDİRƏM. Və ondadır (ona görədir) ki, sən də yazılan şeylərdən o acib qoxusunu aldın. (Barla Lahikası, səh. 162)