7.

... AXIRZAMANDA GƏLƏCƏK BİR MÜCƏDDİD-İ ƏKBƏRİ (ən böyük mücəddid) MƏNA-Yİ İŞARİ İLƏ (əlamətlərlə) XƏBƏR VERİRLƏR. LAKİN GƏLƏCƏK O ZATIN və cəmiyyətinin üç vəzifəsindən ən əhəmiyyətlisi... (Tılsımlar Mecmuası, səh. 168)
Tilsimlər məcmuəsi Risale-i Nurun müxtəlif hissələrindən seçilərək yiğilmiş bir kitabdir. Tilsimlər məcmuəsində yer alan bu sözündə Ustad “gələcək O zat...” Ifadəsilə öz zamaninda hələ Mehdinin (ə.s.) yaşamadiğini, axirzamanda gələcəyini bildirmişdir. Bundan əlavə, axirzamana qədər gələn heç bir mücəddidin eyni zamanda birlikdə etmədiyi 3 vəzifənin mehdi (ə.s.) tərəfindən ediləcəyini də ifadə etmişdir.
Əvvəla: Aydın havalisinin Hasan Feyzisi və Husrevi və Mehmed Feyzisi və Risale-i Nurun mənəvi vəkili Əhməd Feyzinin üç ildən bəri alimanə (bilərək), müdəqqiqanə (dəqiq araşdıraraq) yazdığı bu gələn istihracət-i qeybiyyəni və Sikke-i Təsdiq-i Qeybiyyənin bir qüvvətli hüccəti (dəlili) və şahidi olan bu risaləciyi diqqətlə mütaliə etdim. Onun tədqiqatına (tədqiq edilməsinə) və Risale-i Nurun qiymətini tam hədis ilə və ayə ilə sübut etməsinə baxmayaraq heyrət və istihsan (bəyənmə) ilə “MaşaAllah, BərəkAllah” dedim. Lakin bir dərəcə təbirə (düzəlişə) möhtacdır. Eyn-i həqiqətdir (məhz həqiqətin özüdür); lakin “Said” haqqında xüsusən son qisminin haşiyələrində - şəxsiyyətim etibarilə həddimdən yüz dərəcə artıq bir hüsn-ü zənn ilə - həqiqətin surəti dəyişmişdir...
Bəli, həm Sikke-i Qeybiyyə, həm Onun yazdığı ayələr və hədislər müttəfiqən (ittifaqla, birlikdə) bu əsrdə bir həqiqət-i nuraniyyəyə (nurlu həqiqətə) işarə edirlər. Və bu əsr və bu zaman camaat zamanı olduğuna görə şəxs-i mənəvi hökm edilə bilər. Xüsusən mənəvi vəzifələrdə maddi şəxslərin əhəmiyyəti azdır. Dağlar kimi vəzifələr o zəif şəxsiyyətlərə yüklənilməz.
Bəzi ayət-i kərimə və hədis-i şərifə AXIRZAMANDA GƏLƏCƏK bir mücəddid-i əkbəri (ən böyük mücəddidi) mənayi işarə (əlamətlərlə) ilə xəbər verirlər. Lakin GƏLƏCƏK O ZATIN və cəmiyyətinin üç vəzifəsindən ən əhəmiyyətlisi olan və zahirən ən kiçiyi kimi görünən imanı xilas etmək və həqaiq-i imaniyyəni (iman həqiqətlərini) günəş kimi göstərmək vəzifəsini Risale-i Nur və şagirdlərinin şəxs-i mənəvisi tam həyata keçirdiklərinə görə GƏLƏCƏK O ZATA DAİR XƏBƏRLƏRİ VƏ İŞARƏLƏRİ RİSALE-İ NURUN ŞƏXS-İ MƏNƏVİSİNƏ, HƏTTA BƏZƏN TƏRCÜMANINA DA TƏTBİQƏ ETMƏYƏ ÇALIŞMIŞLAR VƏ ŞƏRİƏTİ İHYA (diriltmə) VƏ XİLAFƏTİ TƏTBİQ OLAN ÇOX GENİŞ DAİRƏDƏ HÖKM EDƏN BU İKİ MÜHÜM VƏZİFƏSİNİ NƏZƏRƏ ALMAMIŞLAR. Onların gəldiyi qənaət onların Risale-i Nurdan istifadə baxımından faidəlidir (faydalı), zərərsizdir, lakin Nurun məsləyindəki ixlasa və heç bir şeyə alət olmamasına və dünyəvi və mənəvi məqamatı axtarmamasına zərər verdiyi kimi, Nurların mühafizləri hər taifənin (qrupun, kütlənin), xüsusən siyasi taifənin tənqidinə və hücumuna vəsilə ola bilər... (Tılsımlar Mecmuası, səh. 168)
