8.

BU HƏQİQƏTDƏN BAŞA DÜŞÜLÜR Kİ: SONRA GƏLƏCƏK O MÜBARƏK ZAT RİSALE- NURU BİR PROQRAMI KİMİ NƏŞR VƏ TƏTBİQ EDƏCƏK. (Sikke-i Tasdik-i Gaybi, Səhifə 11, Beyanat ve Tenvirler, Səhifə 310)

 

Said Nursi həzrətləri “sikke-i təsdiq-i qeybi”ni 1928-ci ildə qələmə almişdir. Ustad bu əsərində “özündən sonra gələcək O mübarək zat...”In, yəni Hz. Mehdinin (ə.s.) Ustadin hazirladiği Risale-i Nurlari əsl sahibi kimi nəşr və tətbiq edəcəyini ifadə etmişdir. Ustad Əmirdağ lahikasinin əlyazmasinda da “axirzamanda gələcək həzrət-i Mehdi də ona o qiyməti verəcək etiqadindayam” ifadəsilə bu fikrini bir daha ifadə etmişdir.

 

Əziz, siddiq qardaşlarım,
Əvvəla: Nurun fövqəladə xas şagirdləri (tələbələri) Sikke-i Qeybiyyə müştəmilatıyla (əlavələrilə) o övliya-yi məşhurədən (tanınmış övliyalar) qırx gündə bir dəfə çörək yeyib qırx gün yeməyən Osman-ı Xalidinin sarih (açıq) ixbarı və övladlarına vəsiyyətilə və Spartanın məşhur əhl-i qəlb (qəlbən mənəvi tərəqqidə olanlar) alimlərindən Topal Şükrünün zahir xəbər verməsilə çox əhəmiyyətli həqiqəti dava edib (irəli sürüb), lakin iki iltibas (qarışıqlıq, yanlışlıq) içində bu biçarə, əhəmiyyətsiz qardaşları Saidə min dərəcə ziyadə hissə (pay) vermişdirlər. On ildn bəri qənaətlərini tədilə (düzəltməyə) çalışdığım halda, o bahadır (cəsur) qardaşlar qənaətlərində irəli gedirlər. Bəli, onlar On Səkkizinci Məktubdakı iki əhl-i qəlb çobanın macərası kimi haqq bir həqiqəti görmüşdürlər; lakin təbirə (düzəlişə) möhtacdır. O həqiqət də budur:

 

ÜMMƏTİN GÖZLƏDİYİ, AXIRZAMANDA GƏLƏCƏK ZATIN ÜÇ VƏZİFƏSİNDƏN ƏN MÜHÜMÜ VƏ ƏN BÖYÜYÜ VƏ ƏN QİYMƏTDARI OLAN İMAN-I TƏHQİQİNİ (inandığı şeylərin əslini, əslini bilərək inanma, sarsılmaz iman) NƏŞR (yaymaq) VƏ ƏHL-İ İMANI DALALƏTDƏN (haqq və həqiqətdən uzaqlaşma) XİLAS ETMƏK CƏHƏTİLƏ (YÖNÜYLƏ), o ən əhəmiyyətli vəzifəni eynilə bitəmamihə (tamamilə) Risale-i Nurda görmüşlər. İmam-i Əli və Qavs-i əzəm və Osman-i Xalidi kimi zatlar bu cəhət üçündür ki, gələcək o zatın məqamını Risale-i Nurun şəxs-i mənəvisində kəşfən görmüş kimi işarət etmişlər. Bəzən də o şəxs-i mənəvini bir xadiminə (xidmətkarına) vermişlər, o xadimə mültəfitanə (iltifatla) baxmışlar. BU HƏQİQƏTDƏN BAŞA DÜŞÜLÜR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ZAT RİSALE-İ NURU BİR PROQRAMI KİMİ NƏŞR (yayacaq) VƏ TƏTBİQ EDƏCƏK.

 

O zatın ikinci vəzifəsi şəriəti icra və tətbiq etməkdir. Birinci vəzifə maddi qüvvətlə deyil, bəlkə qüvvətli etiqad və ixlas və sədaqətlə olduğu halda bu ikinci vəzifə üçün çox böyük maddi qüvvət və hakimiyyət lazımdır ki, tətbiq edilə bilsin.

 

O zatın üçüncü vəzifəsi xilafət-i İslamiyyəni (İslam xəlifəliyi) ittihad-i İslama (İslam birliyinə) bina edərək (quraraq) İsəvi ruhanilərilə ittifaq edib din-i İslama xidmət etməkdir. Bu vəzifə çox böyük səltənət və qüvvət və milyonlarla fədakarlarla tətbiq edilə bilər. Birinci vəzifə o iki vəzifədən üç-dörd dərəcə artıq qiymətdardır. Lakin o ikinci, üçüncü vəzifələr çox nəzərəçarpan və çox geniş bir dairədə (texnika və texnologiyanın inkişaf etdiyi vaxtda) olduğuna görə ümumun (ictimaiyyət) və avamın (xalq) nəzərində daha əhəmiyyətli görünürlər. Elə o xas Nurçular və bir qismi övliya olan o qardaşlarımızın təbirə və təvilə (bir fikir və ya sözdən başqa bir məna çıxarmaq) möhtac fikirlərini ortaya atmaq əhl-i dünyanı və əhl-i siyasəti təlaşa verir və vermiş, hücumlarına vəsilə olur. Çünki birinci vəzifənin həqiqətini və qiymətini görə bilmirlər, digər cəhətlərə həml edirlər.

 

 

Qardaşlarımın ikinci iltibası (səhvi):
Fani və çürüyən bir şəxsiyyəti bəzi cəhətlərlə birinci vəzifədə pişdarlıq (öncülük) edən Nur şagirdlərinin şəxs-i mənəvisini təmsil edən o aciz qardaşına verirlər. Halbuki bu iki iltibasda (səhvdə) Risale-i Nurun həqiqi ixlasına və heç bir şeyə, hətta mənəvi və uhrəvi məqamata (məqamlar, dərəcələr) belə alət olmamasına bir yöndən zərər verdiyi kimi əhl-i siyasəti də əvhama salıb (təlaşlandırıb) Risale-i Nurun nəşrinə zərər gətirər. Bu zaman şəxs-i mənəvi zamanı olduğu üçün belə böyük və baqi həqiqətlər fani və aciz və süqut  edən (itən) şəxsiyyətlərə bina edilməz.

 

Əlhasil: GƏLƏCƏK O ZATIN İSMİNİ VERMƏK, üç vəzifəsi birdən yada düşür; səhv olar. Həm də heç bir şeyə alət olmayan nurdakı ixlas zədələnər, avam-i müminin (möminlərin geniş xalq təbəqəsi) nəzərində həqiqətlərin qüvvəti bir dərəcə nöqsanlaşar. Yəqiniyyət-i bürhaniyyə (qəti dəlillər) belə qəzaya-yi məqbulədəki (qəbul edilməyə layiq hökm və iddialar) zənn-i qalibə (güclü ehtimal) inqilab edər (dəyişdirər); daha muannid (inadkar) dalalətə (haqdan və həqiqətdən uzaqlaşma) və mütəmərrid (inadkar, dikbaş, haqqı qəbul etməməkdə israr edən) zındıqa (dinsizlik, inancsızlıq) üzərindəki tam qələbəsi mütəhayyir (heyrətlənən, təəccüblənən) əhl-i imanda görünməməyə başlayar. Əhl-i siyasət əvhama (təlaşlanmağa) və bir qisim mollalar etiraza başlayar. Ona görə Nurlara o ismi vermək münasib görünmür. Bəlkə “Mücəddiddir, onun pişdarıdır (öncüsüdür)” deyilə bilər. Ümum qardaşlarımıza minlərlə salam. (Sikke-i Tasdik-i Gaybi, səh. 9-11)

 

 

Ümum qardaşlarımıza minlərlə salam. (Sikke-i Tasdik-i Gaybi, səh. 9-11) Ümmətin gözlədiyi axırzamanda gələcək zatın üç vəzifəsindən ən mühümü və ən böyüyü və ən qiymətdarı (dəyərlisi) olan iman-i təhqiqini (təhqiqi iman, imana dair bütün məsələləri tədqiq edib dəlil və sübut ilə inanma) nəşr (paylama, yayma) və əhl-i imanı dalalətdən (batilə yönəlməkdən) xilas etmək cəhətilə o ən əhəmiyyətli vəzifəni eynilə bitəmamihə (tamamilə) Risale-i Nurda görmüşlər. İmam-i Ali və Qavs-i əzəm və Osman-i Xalidi kimi zatlar bu cəhət üçündür ki, gələcək o zatın məqamını Risale-i Nurun şəxs-i mənəvisində kəşfən görmüş kimi işarət etmişlər. Bəzən də o şəxs-i mənəvini bir xadiminə (xidmətçisinə) vermişlər, o xadimə mültəfitanə (iltifatla) baxmışlar. BU HƏQİQƏTDƏN BAŞA DÜŞÜLÜR Kİ, SONRA GƏLƏCƏK O MÜBARƏK ZAT RİSALE-İ NURU BİR PROQRAMI KİMİ NƏŞR (yayacaq) VƏ TƏTBİQ EDƏCƏK. (Beyanat ve Tenvirler, Səhifə 310)