Müqəddəs kitabda Hz. İsanın Yer üzünə dönüşü.

Hz. İsanın yer üzünə yenidən gəlməsi mövzusu xristiyanlar üçün çox vacibdir. Bunun səbəbi isə Müqədddəs Kitabı təşkil edən Əhdi-Ətiq (Tövrat və musəvilərin digər müqəddəs yazıları) və Əhdi-Cədiddə (dörd İncil və digər risalələr) axırzamanla bağlı açıqlamaların olmasıdır. Xüsusilə də Hz. İsanın zühuru mövzusu İncildə mühüm yer tutur.

 

Tövrat və İncildə gələcəkdə olan hadisələrlə bağlı müxtəlif izahlar verilmişdir. Bildiyimiz kimi, müasir dövrdəki Tövratda Hz. İsanın adı çəkilmir, ancaq xilaskar Məsihin gələcəyi bildirilir. Musəvilərin “Məsih” kimi axırzamanda gözlədikləri mübarək şəxs əslində, müsəlmanaların gözlədiyi “Hz. Mehdidir”. (Ətraflı məlumat üçün bax: Hz. Mehdi Hz. İbrahimin nəslindəndir, 2008) Dolayısı ilə İslamiyyətdəki “Mehdiyyət” musəvilərin müqəddəs qəbul edilən qaynaqlarında “Məsih” kimi keçir. Tövratda və musəvilərin digər müqəddəs qaynaqlarına baxdığımızda “Məsih” kimi izah edilən insanın Mehdinin (ə.s) xüsusiyyətlərinə sahib olduğu görünür.

 

Ancaq xristianların “Məsih” kimi yer üzünə ikinci dəfə gəlişini gözlədikləri Hz. İsa “Mehdi” (ə.s) deyildir. Müsəlmanlar da Hz. İsanın axırzamanda yenidən dünyaya gələcəyinə inanırlar, ancaq Hz. İsa gəldiyi zaman Mehdiyə (ə.s) tabe olacaq, Allahın izni ilə bu iki mübarək insan yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına səbəb olacaqlar. Bir çox səhih hədisdə olan bu məlumatlar Hz. İsa ilə Hz.Mehdinin ortaya çıxdıqları dövrdə bir yerə gələcəklərini göstərir.  Bu barədə bir çox açıqlamalara rast gəlmək mümkündür.

 

İncildə Hz. İsanın yenidən zühuru, bunun işarələri və axırzamanda onun haqqında bir çox açıqlamalara rast gəlmək mümkündür. Quran ayələrində Tövrat və İncilin təhrif edildiyi və bu səbəbdən də içində müxtəlif yanlış inancların olduğu xəbər verilmişdir. Yəni bu kitablarda haqq hissələr mövcud olduğu kimi, insanlar tərəfindən sonradan əlavə edilmiş yanlış məlumatlar da var. Bu səbəbdən Tövrat və İncildəki açıqlamaları Quran ayələri və Peyğəmbərimizin (s.ə.v) hədisləri ilə uyğun gəlib-gəlmədiyinə əsasən dəyərləndirmək lazımdır. Ancaq aşağıdakı nümunələrdən də göründüyü kimi, axırzaman və Hz. İsanın yer üzünə ikinci dəfə gəlişi ilə bağlı xəbərlərin böyük qismi İslam qaynaqlarında paralellik təşkil edir.

 

Xristiyanalar həm Tövratı, həm də İncili müqəddəs kitab kimi gördüklərindən axırzamanla bağlı mövzuları bu iki kitabı birlikdə şərh edərək açıqlayırlar. İncil araşdırıldığı zaman Hz. İsanın ikinci dəfə yer üzünə gəlişinin əsas mövzulardan biri olduğunu görürük. Bu açıqlamalarda Hz.İsanın zühurundan əvvəl və sonra baş verən təbiət hadisələri izah edilir. Dövrümüzdə Peyğəmbərimizin (s.ə.v) də hədislərində incəliklərinə qədər bildirdiyi bu əlamətlərin bir çoxunun əvvəlki dövrlərlə müqayisədə daha çox ortaya çıxdığının şahid oluruq. (Ətraflı məlumat üçün Qiyamət Əlamətləri, Harun Yahya, Kültür Yayıncılık, 2001) Maraqlı olan bu işarələrin birinin və ya ikisinin deyil, demək olar ki, hamısının bir-birinin ardınca reallaşmasıdır. Beləliklə, yaşadığımız dövrün axırzaman olduğunu ilk olaraq İslam qaynaqlarına əsasən, həm də Tövrat və İncilə əsaslanaraq söyləmək mümkündür.

 

Hz. İsanin yer üzünə ikinci dəfə gəlişi ilə bağlı İncilin açiqlamaları.