İctimai pozulma.

" İnsanların ixtilaf və ictimai sarsıntılar içində olduqları zaman. " (ramıq-Əl Ehadis, 7/7)
Günümüz insanların qarşı-qarşıya olduqları əhəmiyyətli bir problem, ictimai strukturlardakı pozulmalardır. İctimaiyyətin çökməsi dəyişik şəkillərdə özünü göstərir. Dağılmış ailələr, boşanmaların artması və qeyri-qanuni uşaqlar ailə konsepsiyasındakı təxribatın təbii nəticələrindəndir. Stress, narahatlıq, bədbəxtlik və xaos bir çox insanın həyatını sanki bir kabusa çevirmişdir. Mənəvi boşluq içində olan insanlar dərdlərinə çarə axtararkən spirt və narkotik bataqlığına düşür və ya qaranlıq yollara üz tuturlar. Həll yolunun qalmadığını düşünənlərdən bəziləri, intiharı bir qurtuluş zənn edirlər.
İctimaiyyətin korlanmasının ən təəccübli göstəricilərindən biri də, qanunlara zidd olan davranışların artmasıdır. Cinayətlərin artıması son dərəcə böyük miqyasa çatmışdır. Birləşmiş Millətlər Beynəlxalq Cinayət Tədbir Mərkəzinin hazırladığı "Universal Cinayət və Ədalət Hesabatı" bütün dünya ölkələrini əhatə edən bu ümumiləşdirmələri ehtiva edir:
Ortalama olaraq, cinayət işləri 1980-cı illərdə olduğu kimi, 1990-cı illərdə də artmağa davam etmişdir.
Dünyanın harası olursa olsun, beş illik bir müddətdə, böyük şəhərlərin sakinlərinin üçdə ikisi ən azı bir dəfə cinayət sayılan hərəkətlərin hədəfi olmuşdur.
Universal olaraq ciddi cinayətlərin hədəfi olma ehtimalı (soyğunçuluq, cinsi təcavüz,cinayət, hücum) beşdə bir hissəsidir.
Bölgəüzrə ayrı-seçkilik, gənclər kateqoriyasındakı mülkiyyətə aid cinayətlər və təzyiqlər hər ikisi də,iqtisadi problemlər ilə əlaqədardır.
Son illərdə qeyri-qanuni narkotik maddələrinin növləri artmış və xüsusiyyətcə də növlərə ayırılmışdır.
Belə bir sosioloji inkişafın səbəbləri Quranda keçmiş cəmiyyətlərin hekayələrində izah edilmişdir. İctimai degenerasiya və buna bağlı olaraq baş verən hər cür problem, insanların Allahı və yaradılış məqsədlərini unutmalarının, haqq dindən və mənəvi dəyərlərdən uzaqlaşmalarının qaçınılmaz bir nəticəsidir.
İctimai pozulmanın ünsürləri eyni zamanda, Peyğəmbərimiz (s.ə.v.)-in on dörd əsr əvvəl xəbər verdikləri indiki zamanda da bir-bir gerçəkləşir. Hz. Məhəmməd (s.ə.v.) axır zamanı, "insanların ixtilafvə ictimai sarsıntılar içində olduqları zaman" olaraq təyin etmişdir.(ramıq-Əl Ehadis, 7/7)