1.

... İSTİQBAL-İ DÜNYƏVİYYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ QƏRİB (YAXIN) zənn etmişlər... (Sözlər, səh. 138)
Ustadın bu ifadəsi “sözlər” risaləsində işlədilib. “Sözlər” risaləsi 1926-cı ildə (hicri 1345), yəni hicri 1300-cü illərdə tamamlanmışdır. Həm də Ustadın bütün əsərləri 1300-cü illərdə tamamlandığı kimi özü də hicri 1300-cü ildə vəfat etmişdir. Lakin ustad bu sözündə Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildə zühur edəcəyini ifadə edir.
Səkkizinci Əsil: Cənabi-Hakimi Mütləq bu dari-təcrübə (təcrübə meydanı) və meydani-imtahanda (imtahan meydanı) çox mühüm şeyləri kəsrətli (həddindən çox) əşya içində gizlədir. O gizləməklə çox hikmətlər, çox məsləhətlər (işlər) əlaqədardır. Məsələn: Leylei-Qədri (Qədr gecəsi) ümum ramazanda, saati-icabei duanı (duanın qəbul edildiyi saatı) Cümə günündə, məqbul vəlisini insanlar içində, əcəli ömür içində və qiyamətin vaxtını ömrü-dünya (dünya həyatı) içində gizlətmişdir. Ancaq əcəli-insan (insanın əcəli) müəyyən (bəlli) olsa, yarı ömrünə qədər qəfləti-mütləqə (mütləq qəflət), yarıdan sonra dar ağacına addım-addım getmək kimi dəhşət verəcək. Halbuki axirət və dünya müvazinəsini (tarazlığını) mühafizə etmək və hər daim həvfü-rəca (ümid və qorxu) arasında olmaq məsləhəti (vəziyyətində olmaq) iqtiza edər (lazımdır) ki, hər dəqiqə həm ölmək, həm yaşamaq mümkün olsun. Bu təqdirdə mübhəm (qapalı, qeyri-müəyyən) tərzdəki iyirmi il mübhəm bir ömür, min il müəyyən (bəlli) bir ömrə mürəccahdır (üstündür). Elə qiyamət də bu insani-əkbər (ən böyük insan) olan dünyanın əcəlidir. Əgər vaxtı təayyün etsəydi (aşkar olsaydı), bütün kurun-u ula (qədim dövr) və vüsta (orta əsr) qəfləti-mütləqaya (mütləq qəflətə) dalacaqdılar və kurun-u uhra (yeni dövr və qədim dövr) dəhşətdə qalacaqdı. İnsan necə həyat-i şəxsiyyəsilə (şəxsi həyatı ilə) xanəsinin (evinin) və özünün bəqası (əbədiyyəti) ilə əlaqədardır, eləcə də həyati-ictimaiyyə (cəmiyyətin həyatı) və nəviyyəsilə kürreyi-ərzin (Yer kürəsinin) və dünyanın həyatı ilə də əlaqədardır. Quran “O saat yaxınlaşdı və ay parçalandı (Qamər surəsi: 1) ” deyir. “Qiyamət yaxındır” fərman verir. Min bu qədər il keçdikdən sonra gəlməməsi yaxınlığına xələl gətirməz. Zira (çünki) qiyamət dünyanın əcəlidir. Dünyanın ömrünə nisbətən min və ya iki min il bir ilə nisbətlə bir-iki gün və ya bir-iki dəqiqə kimidir. Saat-i Qiyamət yalnız bəşəriyyətin əcəli deyil ki, onun ömrünə nisbət edilib (müqayisə edilib) baid (uzaq) görülsün (hesab edilsin). Elə buna görədir ki, Hakim-i Mütləq qiyaməti muqayyəbat-i xəmsədən (beş naməlum şey – qiyamətin nə vaxt qopacağı, yağışın nə vaxt yağacağı, bətnlərdə olanı, insanın sabah nə qazanacağı və insanın nə vaxt, harada öləcəyi) olaraq elmində gizlədir. Elə bu ibham (qeyri-müəyyən, qapalılıq) sirrindəndir ki, hər əsr, hətta əsr-i həqiqətbin (həqiqəti görən əsr) olan əsr-i Səadətdə (Səadət əsri) belə daima qiyamətdən qorxmuşlar. Hətta bəziləri “Şəraiti (şərtləri) demək olar ki, çıxmışdır” demişlər.
Elə bu həqiqəti bilməyən insafsız insanlar deyirlər ki: “Axirətin təfsilatını (izahını, açıqlamasını) dərs alan mütəyaqqiz (bəsirətli) qəlbli, kəskin nəzərli səhabələrin fikirləri nə üçün 1000 il həqiqətdən uzaq olaraq fikirləri düşmüş kimi İSTİQBAL-İ DÜNYƏVİYYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ QƏRİB (YAXIN) ZƏNN ETMİŞLƏR.”
Əlcavab: Çünki Səhabələr feyz-i söhbət-i nübüvvətdən (Peyğəmbərimizin söhbətinin feyzi, bərəkəti və faydalılığı) hər kəsdən ziyadə (artıq) dar-i axirəti (axirət yurdunu) düşünərək, dünyanın fənasını (faniliyini) bilərək, qiyamətin ibham-i (qeyri-müəyyən) vaxtındakı hikmət-i İlahiyyəni (ilahi hikməti) anlayaraq əcəl-i şəxsi kimi dünyanın əcəlinə qarşı belə daima müntəzir (gözləyən) bir vəziyyət alaraq axirətləri üçün ciddi çalışmışlar. Rəsul-i Əkrəm Əleyhissəlatu Vəssəlam “Qiyaməti gözləyin, intizar edin” deyə təkrar etməsi bu hikmətdən irəli gəlmiş irşad-i Nəbəvidir (Hz. Peyğəmbərə aid irşad, Hz. Peyğəmbərin doğru yolu, hidayət yolunu göstərən xəbərdarlıqları, nəsihətləri). Yoxsa vuku-u müəyyənə (müəyyən bir hadisəyə) dair bir vəhyin hökmüylə deyildir ki, həqiqətdən uzaq olsun. İllət (səbəb) ayrıdır, hikmət ayrıdır. Elə Peyğəmbər Əleyhissəlatü Vəssəlamın bu cür sözləri hikmət-i ibhamdan (sözün başa düşülməyəcək qədər qapalı olması) irəli gəlir. Həm də bu sirdəndir ki; Mehdi, Süfyan kimi axırzamanda gələcək əşxasları (şəxsləri) çox zaman əvvəl, hətta Tabiin (Hz. Məhəmmədin (ə.s.m.) əshabı ilə görüşmüş, onlardan hədis dinləmiş və dərs almış Müsəlmanlar) zamanında onları gözləmişlər, yetişmək (onlara çatmaq) üçün çalışmışlar. Hətta bəzi əhl-i vəlayət “Onlar gəlib getmişdir” demişlər. Elə bu da qiyamət kimi hikmət-i İlahiyyə iqtiza edər (möhtac olar, ehtiyac hiss etdirər) ki; vaxtları təayyün etməsin (bəlli olmasın). Çünki hər zaman, hər əsr qüvvə-i mənəviyyənin (mənəvi qüvvənin) təqviyyəsinə (güclənməsinə, artmasına) mədar (vəsilə) olacaq və yəisdən (ümidsizlikdən) qurtaracaq “Mehdi” mənasına möhtacdır. Bu mənada hər əsrin bir hissəsi olmaq lazımdır. Həm qəflət içində fənalara (fani, boş şeylərə) uymamaq və laqeydlikdə nəfsin cilovunu buraxmamaq üçün nifaqın başına keçəcək müdhiş şəxslərdən hər ər (insan) çəkinməli və qorxmalıdır. Əgər təyin edilsəydi, məsləhət-i irşad-i ümumi (hər kəsi doğru yola sövq etmək tələbi) zayi (ziyan) olardı.
İndi Mehdi kimi əşxasın (şəxslərin) haqqındakı rivayatın (rəvayətlərin) ixtilafəti (uyğunsuzluqları) və sirri budur ki: Əhadisi təfsir edənlər mətn-i əhadisi (hədisin tam mətnini) təfsirlərinə və istinbatlarına (Müctəhid və ya böyük bir alimin bir mənanı üzə çıxarması) tətbiq etmişlər. Məsələn: Mərkəz-i səltənət o vaxt Şamda və ya Mədinədə olduğuna görə vukuat-i Mehdiyyə və ya Süfyaniyyəni (Hz. Mehdi (a.s.) və Süfyan hadisələrini) Hz. mərkəz-i səltənət yaxınlığında olan Bəsrə, Kufə, Şam kimi yerlərdə təsəvvür edərək elə təfsir etmişlər. Həm də o əşxasın (şəxslərin) şəxs-i mənəvisinə və ya təmsil etdiyi camaata aid əsar-i əziməni (böyük əsərləri) o əşxasın (şəxslərin) zatlarında təsəvvür edərək elə təfsir etmişlər ki, o əşxas-i xariqə (heyrətverici şəxslər) çıxdığı vaxt bütün xalq onları tanıyacaq kimi şəkil vermişlər. Halbuki demişdik: Bu dünya təcrübə meydanıdır. Ağıla qapı açılır, lakin ixtiyarı əlindən alınmaz. Elə isə o əşxas (şəxslər), hətta o müdhiş Dəccal belə çıxdığı vaxt, hətta özü də bidayətən (əvvəlcə) Dəccal olduğunu bilməz. Bəlkə nur-u imanın diqqətilə (imanın nuru ilə) o əşxas-i axırzaman (Axırzaman şəxsləri) tanına bilər. (Sözlər, səh. 318)
