Hz. Mehdi (ə.s) Peygəmbərimizin (s.ə.v) soyundandır.

Qiyamətin qopmasına bir gündən başqa vaxt qalmış da olsa Allah (c.c) mənim əhli beytimdən bir şəxsi (Mehdini göndərəcək.)
Sünen-i Əbu Davud, 5/92
Hz. Əli (r.a) dan rəvayət edilmişdir; Peyğəmbərimiz (s.ə.v) buyurdu: Əl-Mehdi, bizdən Əhli Beytdəndir.
Səid b. əl Müseyyeb (r.a)- dan, Peyğəmbərimiz (s.ə.v.) belə buyurdu:Mehdi, qızım Fatimənin nəsilindəndir.
( Sünen-i İbn Macə, 10/348 )
Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli Beytimdən bir adamdır.
Kitab-ul Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, 13
İbni Mes'ud: "Rəsulullah belə buyurmuşdu:" ... Əhli-beytimdən biri, adı mənim adıma oxşayar, atasının adı da atamın adına oxşayar. Bu şəxs, əvvəllər zülmlə dolu olan yer üzünü ədalət və haqqla doldurar. "
Tirmizi, Fiten 52, (2231, 2232)
Mənim Əhl-i Beytimdən bir şəxs bütün dünyaya hakim olana qədər günlər və gecələr getməz. (Ən-Necmu 's Sakıb, Ukayli)
"Mehdi, mənim övladlarımdan biridir. Üzü səmada parlayan ulduz kimidir.'' (Əli b. Sultan Məhəmməd əl-Kari əl-Hənəfinin" Risaletül Meşreb elverdi fi mezhebil Mehdi ")
"Mənim nəslimdən olan 40 yaşındakı Mehdidir. Üzü səmada parlayan ulduz kimidir. (Əli b. Sultan Məhəmməd əl-Kari əl-Hənəfi" Risaletül Meşreb elverdi fi mezhebil Mehdi ")
"Mehdi mənim övladlarımdandır. Onun üzü, parlaq ulduz kimidir." (Ukayli "En-Necmu's-sakıb fi Bəyanı Enne'l Mehdi min Övladı Əli b. Əbi Talib Alət-Mövzum vəl kamal")