Hz. Süleyman, Hz. zülqərneyn və Hz. Mehdi ... Bu üç müqəddəs şəxsin axır zamanı işıqlandıran bənzərlikləri.

Hz. Süleyman (ə.s.),Hz. Nuhun(ə.s.) nəslindən gələn, Allah Qatından ona hidayət və yüksək elm verilən mübarək peyğəmbərdir. Allah, Hz. Süleymanı(ə.s.) atası Hz. Davud (ə.s.) kimi İsrailoğullarına peyğəmbər olaraq göndərmişdir. Onu böyük səltənət, zənginlik, cinlər və quşlarla dəstəkləmiş və ona çox güclü ordular və üstün elmlər lütf etmişdir. Həyatı boyunca yaşadığı torpaqlarda ədalətlə hökm etmiş, yüksək idarəçilik və hakimlik xüsusiyyəti ilə fərqli birlikləri hakimiyyəti altına almışdır.
Allah, Hz. Süleymana (ə.s.) olduğu kimi, Hz. Zülqərneynə (ə.s.) də "yer üzündə hökmranlıq" (Kəhf Surəsi, 84) vermişdir. Hz. Zülqərneyn (ə.s.) də çox güclü və bütün dünyaya ad salmış dövlətə hökm etmişdir. Ayələrdən, Hz. Zülqərneynin (ə.s.) ölkəsində iqtisadi çətinlik, qiyam və üsyan kimi problemlərin yaşanmadığı, iqtidarının çox güclü olduğu aydın olur.
Hz. Süleyman (ə.s.) və Hz. Zülqərneyn (ə.s.) dövrləri araşdırıldığında diqqəti çəkən iki ortaq nöqtə, Allahın izni ilə din əxlaqının hakim olmasıdır. Ancaq dünya hakimiyyətindən əlavə, iki dövrün ortaq bir nöqtəsi də var. Peyğəmbərimizin (s.ə.v.) bir çox hədisində Hz. Süleyman (ə.s.) və Hz. Zülqərneyn (ə.s.) dövrlərində yaşanan hakimiyyətlə, Hz. Mehdi dövründə yaşanacaq dünya hakimiyyətinin bir-birinə çox bənzəyəcəyinə diqqət çəkilir:
Hz. Mehdi (ə.s.) eynilə Zülqərneyn (ə.s.) və Süleyman (ə.s.) kimi dünyaya hökm edəcək. (Əl Kavlul Müxtəsər Fi Alamatil Hz. Mehdiy-il Muntazar, s. 29)
Hz. Süleyman (ə.s.) və Hz. Zülqərneyn (ə.s.) dövrünü izah edən Quran ayələri bu cəhətdən araşdırıldıqda, hər birinin axır zamana və Qızıl dövrə aid işarələr ehtiva etdiyi görünür. Axır zamanda elm və texnologiya sahəsindəki nəaliyyətələr, iqtisadi və ictimai həyatdakı inkişaflar Hz. Süleyman (ə.s.) hekayəsindəki bir çox izahla bənzərlik daşıyır. Ayələrdəki bu izahlar və Peyğəmbərimizin (s.ə.v.) hədisləri, iman edənlərin dünyada baş verən hadisələri daha geniş aspektdən qiymətləndirmələrinə səbəb olan çox hikmətli izahlardır.
-
Axır zaman və Qızıl dövr.
-
Hz. Süleyman (ə.s), Hz. Zülqərneyn (ə.s) və Hz. Mehdi (ə.s) dövrlərindəki hikmətli bənzərliklər.