Abadlıq işlərinə böyük əhəmiyyət verilməsi.

Hz. Süleymanın(ə.s.) abadlıq işlərinə əhəmiyyət verməsi bir çox ayədə diqqət çəkilir. O, bina ustası olan cinləri və şeytanları istifadə edərək qalalar, heykəllər, saraylar tikdirmişdir. (Sad Surəsi, 37; Səba surəsi, 13) Onun görkəmli sarayını görən hər kəs, başda Səba Məlikəsi olmaqla heyran qalmışdır. (Nəml surəsi, 44) Hz. Zülkarneynin(ə.s.) tikdirdiyi səddin istehsalında isə, Allahın diləməsi xaricində dağılması mümkün olmayan üsuldan istifadə edilmişdir. (Kəhf surəsi, 98)

Peyğəmbərimizin(s.ə.v.) hədislərində, Qızıl dövrdə də,abadlıq işlərinə çox böyük əhəmiyyət veriləcəyinə diqqət çəkilmişdir. Bu dövrdə şəhərlərə sülh və rifah, yüksək  mədəniyyət gələcəkdir. Bu hədislərdən biri bu şəkildədir:

Hz. Mehdi Konstantinapola və digər diyarların abadlığına çalışar.

(Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 40)