Aclıq və kasıblığın artması.

Aclıq və həyat bahalığı çox yayılacaq. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, İmam Şarani, s. 440)

Kasıblar çoxalacaq. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 455)

Dəccalın zühurundan üç il əvvəl, son dərəcə böhranlı günlər olacaq, aclıq hökm sürəcək. (Qiyamət Əlamətləri, s. 220)


Bu gün dünyanın dörd bir tərəfində yeməkdən  və içkidən məhrum, sağlamlıqsız şərtlər altında yaşayan, sığınacaq bir yer tapa bilməyən insanlar var. Bu vəziyyət Afrika, Asiya, Cənubi Amerika başda olmaq üzrə Amerika və Avropa ölkələrində də sıx olaraq davam etməkdədir. İnsanların kiçik bir hissəsi çox böyük bir rəfah içində yaşayarkən, 2  milyarda yaxın insan aclıq içində yaşamaqdadır. Birləşmiş Millətlər qaynaqları göstərməkdədir ki 1960-cı ildə dünya əhalisinin ən kasıb %20-i ilə ən zəngin %20-i arasındakı gəlir nisbəti 1-ə 30 ikən, 1995-də 1-ə 82 olmuşdur. İctimai ədalətdəki çöküşə bir nümunə də dünyanın ən zəngin 225 şəxsin sərvətinin dünya əhalisinin %47-nin illik gəlirinə bərabər hala gəlməsidir.