Ayın yarılması.

Quranın 54-cü  surəsi olan "Qəmər" surəsinin  dilimizdə qarşılığı "Ay"dır. Bu surənin böyük bir hissəsində, özlərinə göndərilən peyğəmbərlərin "xəbərdarlıqlarını gözardı edən" Nuh, Ad, Səmud və Lut qövmünün, Firoun və ətrafının başlarına gələn bəlalar izah edilir. Eyni zamanda birinci ayətdə qiyamət vaxtı ilə əlaqədar çox əhəmiyyətli bir məlumat verilir:

 

Saat (qiyamət saatı) yaxınlaşdı və Ay yarıldı. (Qəmər Surəsi, 1)

 

Ayədə istifadə edilən "yarmaq" felinin ərəbcə qarşılığı "şakka"dır. Bu sözün ərəbcədə fərqli mənaları  vardır. Bəzi Quran təfsirlərində "ikiyə yarılmaq" mənası verilir. Bununla birlikdə, "şakka" sözü ərəbcədə "torpağı sürmə, torpağı qazma" mənalarında işlədilir.

 

İkinci mənasına misal olaraq, Əbəsə surəsinin 26-cı ayəsində keçən istifadəsini göstərə bilərik:

 

Həqiqətən, Biz yağışı bol yağdırdıq.Sonra da yeri çat-çat yarıb orada taxıl yetişdiririk. Üzüm və yonca, zeytun və xurma. (Əbəsə Surəsi, 25-29)

 

Görüldüyü kimi, bu ayədəki "şakka" ifadəsi "yerin ikiyə yarılması" mənasında deyil, "müxtəlif bitkilərin yetişməsi üçün torpağın  yarılması" mənasında istifadə edilmişdir.

 

Baxın tam bu nöqtədə, Quranın çox böyük bir möcüzəsiylə qarşılaşırıq. Qəmər surəsində on dörd əsr bundan əvvəl xəbər verilən ayə, 20 İyul 1969-cu ildə Ay səthində aparılan işlər ilə reallaşmışdır. Amerikalı kosmonaftların Aya ayaq basaraq, Ay torpağı üzərində elmi araşdırmalar aparmaları, daş və torpaq nümunələri toplamaları ayın yarılması ayətindəki ifadələrə tam olaraq uymaqdadır.

 

Bir mənası ilə Quranda qiyamətin yaxınlaşdığının bir əlaməti olaraq bildirilən "Ayın yarılması", 20 İyul 1969-cu il  tarixində Amrikakosminavtların Aya çıxaraq, Ay torpağını qazmaları ilə gerçəkləşmişdır. (Ən doğrusunu Allah bilər)

 

Ayın kəşfi, "Bir insan üçün kiçik bir addım, insanlıq üçün böyük bir kəşfdir" şüarıyla qaynaşmışdır. Bu tarixi gəzinti kosmos araşdırmalarında bir dönüş nöqtəsidir; kameralar vasitəsilə sənədləşdirilmiş və o tarixdən bu yana yaşayan insanların seyr etdikləri bir hadisə olmuşdur. Qəmər surəsinin ilk ayəsində Allahın bildirdiyi kimi, bu böyük hadisə eyni zamanda bir qiyamət əlamətidir; dünyanın qiyamətdən əvvəlki son zaman dilimində olduğunun bir əlamətidir. (Ən doğrusunu Allah bilər.)

 

Necə ki bu mövzuda çox əhəmiyyətli bir işarə daha var. Qəmər surəsində keçən bu ayənin bəzi sözlərinin əbcəd dəyəri bizlərə Aya ayaq basma ili olan 1969-cu il tarixini verir.

 

... Saat yaxınlaşdı və Ay yarıldı...

 

HİCRİ: 1390 MİLADİ: 1969

 

Ancaq bunu da ifadə etməliyik: Əlbəttə Ayın yarılması hadisəsi, Allahın Peyğəmbərimiz (s.ə.v)  verdiyi möcüzələrdən biridir. Bir hədisdə bu möcüzə belə bildirilmişdir:

 

... Səid ibn Əbu Arube, Katadedən; o da Enes ibn Malik (r)-dan tahdis etdi: Məkkə əhalisi Rəsulullahdan onlara  bir ayət (bir möcüzə) göstərməsini istədilər. O da onlara Ayı iki bölük göstərdi, hətta Məkkəlilər Hıra Dağını o iki bölük arasında gördülər. (Səhih-i Buxari və Tərcüməsi, cild 8, nömrə. 88)

           

Yuxarıda izah edilən möcüzə ayətdə xəbər verilən Ayın yarılması hadisəsidir. Ancaq Quran hər dövrə baxan bir kitab olduğu üçün, bu ayə ilə indiki vaxtda Ayın kəşfi mövzusuna da diqqət çəkildiyi düşünülə bilər. (Ən doğrusunu Allah bilər)