Qızıl dövrdə yaşanan bolluq və bərəkət.

Hz. Süleyman (ə.s.) dövründə bolluq olduğu və insanların rifah içində yaşadıqları ayələrdən də aydın olur. Hz. Süleymanın (ə.s.) sarayı həddindən çox görkəmlidir, çox böyük orduları var və dünyanın dörd tərəfinə hakim olmuşdur.

Qızıl dövr də, bolluq və bərəkəti ilə Hz. Süleyman (ə.s.) dövrünə çox bənzəyir. İnsanlara hər istədikləri bol-bol veriləcək, havadakı quşlar da Hz. Mehdinin (ə.s.) xilafətindən (mənəvi liderliyindən) razı olacaq. Peyğəmbəirmizin (s.ə.v.) Qızıl dövrdəki bolluq, bərəkət və rifah mühitini təsvir edən çox geniş izahları var. Bunlardan bəziləri bu şəkildədir:

O vaxt, yer və göy əhli, bütün vəhşi heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə onun xilafəti ilə sevinəcəklər. Onun dövründə, axan çaylar belə suyunu çoxaldacaq. (əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 31)

... Səma yağışını endirəcək, yerbərəkətini çıxaracaq, daha əvvəl görünməmiş şəkildə ümmətim onun zamanında rahata qovuşacaq. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 9)