Çox etibarlıdır.

Quranda bildirildiyi kimi hər elçi göndərildiyi cəmiyyətə ilk olaraq “Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!” (Şuəra surəsi, 107) ) ifadəsi ilə sözə başlayaraq özünü təqdim etmişdir. Peyğəmbərlərin etibarlı olmaqları Allahın əmrlərinə, bildirdiyi din əxlaqına əskiksiz tabe olmalarından qaynaqlanır. Heç bir vəziyyətdə İslam əxlaqından kənara çıxmazlar. Yalnız Allahın rizasını qazanmaq istədikləri üçün heç kimə boyun əyməzlər.

Quranda bütün peyğəmbərlərin bu xüsusiyyətlərini daha qabarıq göstərdikləri xəbər verilir. Məsələn, Hz. Musanın özünü qövmünə tanıtması Quranda belə xəbər verilir:

 

And olsun ki, Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir peyğəmbər gəlmişdi. (O demişdi: ) “Allahın bəndələrini mənə verin. Həqiqətən, mən sizin üçün mötəbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm! (Duxan surəsi, 17-18)

 

Ancaq qövmlər elçilərin bu əhəmiyyətli xüsusiyyətlərini hər zaman layiqincə təqdir edə bilməyiblər. Hətta çox vaxt elçilərə qarşı səhv fikirdə də olublar. Çünki, cahiliklərini tərk edib onların dəvət etdiyi haqq dinə tabe olmaq istəmirdilər. Ancaq aradan müəyyən bir vaxt keçdikdən sonra elçilərin ən etibarlı insanlar olduqları hər kəs tərəfindən qəbul olunmuşdur.

Quranda bildirilən peyğəmbərlərin bu xüsusiyyətləri şübhəsiz ki, Allahın bir elçisi olan Hz. İsada da olacaq. Hz. İsanın dünyaya ikinci dəfə gəlişində Allahın dəyişməz bir qanunu olaraq cəmiyyətdə etibarlı olmağı ilə diqqət çəkəcək. Allah digər bütün elçilərə olduğu kimi Hz. İsaya da kömək edəcək və onun nə qədər etibarlı bir insan olduğunu vaxtı gələndə hamıya göstərəcək.