Dəccalın hiyləgər oyunu.

Dəccali bir sistem olan masonluq, dünya miqyasında hiyləgər bir oyun oynayaraq Müsəlmanları Xristianlara və eyniylə Xristianları da Müsəlmanlara dəccal olaraq göstərməyə çalışmışdır. Səmimi dindarların arasına nifaq salıb , onları bir birlərindən şübhələnən, bir biriləri ilə mübarizə aparan iki qrup halında göstərməyə çalışmışdır. Bunu edərkən Dəccalın ən böyük məqsədi hər iki tərəfin güclərini qırmaq və səmimi dindarları bu yolla əzmək olmuşdur. Bu, dəccalın FİKRİ MÜBARİZƏSİNDƏ İMAN EDƏNLƏRƏ QARŞI TƏLQİN YOLUYLA VƏ HİYLƏGƏRCƏSİNƏ REALLAŞDIRDIĞI BİR OYUNDUR.

 

Masonlar Xristianlara digər insanlarla mübarizə aparmağı şövq və həyəcanla edilən müqəddəs bir mübarizə kimi göstərmiş və beləliklə də Xristianları da bu oyuna daxil etmişdirlər. Bu hiyləgər oyunun nəticəsində Xristianlar dəccal sistemi ilə mübarizəni bir kənara qoyub Müsəlmanlarla mübarizəyə başlamışdırlar. Dəccal isə səmimi qəlbdən Allaha, Peyğəmbərə, cənnətə, cəhənnəmə inanan insanları bir birinə düşmən etmişdir. İnsanlar dəccali sistemin təsiriylə Allah inancından uzaqlaşmış, ATEİZM BÜTÜN DÜNYAYA YAYILMIŞDIR. Dəccal hər iki dinin tərəfdarlarını təzyiq altına alıb Darvinizm, faşizm, kommunizm kimi Allah inancını yalanlayan sistemləri sürətlə inkişaf etdirmişdir. İki dinin tərəfdarları əsassız bir şübhəyə qapılmışkən , masonluq bu oyunun nəticəsində zaman keçdikcə güclənmə imkanı tapmışdır.

 

Dəccalın hiyləgər oyunu nəticəsində, Darvinizmin təsiri ilə bir zamanlar dünyaya hakim olan kommunist və faşist ideologiyalar MİLYONLARLA İNSANIN QƏTL EDİLMƏSİNƏ SƏBƏB OLMUŞDUR. İndi NƏ ABŞDA, NƏ RUSİYADA, NƏDƏ ÇİNDƏ DARVİNİZM ƏLEYHİNƏ HEÇ KİM DANIŞMIR. DÖVLƏTLƏRİN FƏLSƏFƏSİ DARVİNİZM, MATERİALİZM ÜZƏRİNƏ QURULUB. Bunu icra edən də MASONLUQDUR. Hal Hazırda dünyaya hakim olan sistem, Allaha olan inamı heç bir şəkildə müdafiə etmir. Demək olar ki, dünyanın heç bir yerində "bütün varlıqları Allah yaratdı" deyilmir. Bu hiyləgər hakimiyyət nəticəsində kütləvi şəkildə bütün dindarlar əziyyət çəkir, işgəncələrə məruz qalır və onlara qarşı QƏTLİAM TƏTBİQ OLUNUR. Dəccalın bu oyunu nəticəsində kütləvi şəkildə fəlakətlər baş vermiş, DÜNYADA 350 MİLYONDAN ARTIQ İNSAN ÖLDÜRÜLMÜŞDÜR.

 

Hal hazırda dəccalın bu hiyləgər oyunu ortaya çıxmış və dəccaliyyəti dünyaya hakim edən sistemin Masonluq olduğu aşkar edilmişdir. Bu hiyləgər oyuna qarşı son dərəcə gözü açıq olmaq lazımdır. Allahın icazəsiylə, Hz. İsa (ə.s.)ın nüzulü (ALLAH qatından yer üzünə enməsi) və Hz. Mehdi (ə.s.)ın zühuru ilə, dəccalı sistem tamamilə ortadan qaldırılacaq, masonluğun fikir sistemi tamamilə yox ediləcəkdir. Qızıl Dövr dediyimiz yəni Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.)ın yer üzünə dinclik və əminamanlıq gətirəcəyi dövr bu qədər yaxınlaşmışkən, Allaha və Peyğəmbərlərə inanan səmimi dindarların Hz. İsa (ə.s.) və Hz. Mehdi (ə.s.) üçün şərait hazırlamaları, dəccalı sistem olan masonluğun oyunlarını yerlə bir etmək üçün səy göstərmələri lazımdır. Rəbbimiz, üstün gələcək olanların iman edənlər olduğunu bir ayəsində belə ifadə etmişdir:

 

Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.  ( Ali İmran Surəsi, 139)

.