İman edeənlər Dəccalın fitnəsindən Hz. İsa və Hz. Mehdinin vəsiləsi ilə qorunacaqlar.

"Yalançı, hiyləgər, fikirlərdə və qəlblərdə yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, pisi yaxşı, yaxşını pis göstərən, hər yerə gedən pis və uğursuz adam” mənalarını verən Dəccal adı axır zamanda ortaya çıxacağı bildirilən, hər cür pisliyin və fitnənin mənbəyi olan adam kimi təsvir edilir.

Peyğəmbərimizin (s.ə.v.) hədislərində Dəccalın xüsusiyyətləri ətraflı şəkildə xəbər verilmişdir. Bu məlumatlara görə Dəccal insanları doğru yoldan uzaqlaşdıracaq, yaxşını pis, pisi yaxşı kimi göstərəcək, ona tabe olanları nemətlərlə aldadacaq, ona tabe olmayanlara isə təzyiq tətbiq edəcək, dünyada xaos yaradacaq, qarşıdurmaları qızışdıracaq, din əxlaqına qarşı olacaq və insanları din əxlaqından uzaqlaşdırmaq üçün fəaliyyət göstərəcək. Dəccalın dünyada olduğu dövr səmimi olaraq iman edənlərin bir çox çətinliklə qarşılaşdığı, insanların böyük əksəriyyətinin din əxlaqından uzaqlaşdığı bir dövr olacaq.

Ancaq Hz. İsanın gəlişi və Hz. Mehdinin zühuru ilə bütün bu çətinliklərlə  dolu dövr sona çatacaq. Çünki, hədislərdə Dəccalın fitnəsinin ancaq bu iki müqəddəs şəxsin fəaliyyətləri ilə ortadan qalxacağı, Dəccalın Hz. İsanı görəndə "duz suda əridiyi kimi" yox olacağı xəbər verilir. Hz. İsanın Dəccalı təsirsiz hala gətirəcəyini bildirən hədislərdən biri belədir:

"Allahın düşməni (Dəccal) onu görəndə duz suda əridiyi kimi əriyəcək. Onu buraxsa da özbaşına həlak olana qədər əriyər, ancaq Allah Dəccalı Hz. İsanın əli ilə təsirsiz hala gətirəcək..." (Müslim, Fitən: 9, Nömrə. 2897, 4/2221)

Peyğəmbərimizin (s.ə.v.) başqa bir hədisində Hz. İsanın Dəccalın fitnəsini Hz. Mehdi ilə birlikdə yox edəcəyi  belə bildirilmişdir:

"Hz. Mehdi, İsa ilə birlikdə çıxacaq. Fələstin torpaqlarında Babı-Lüddə Dəccalı yox edəcək, Hz. Mehdinin Dəccalı yox etməsinə kömək edəcək." (Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 105; Hz. Mehdi və Dəccal, Şaban Döğən, s. 127)