Quran əxlaqının tərk edilməsi.

İnsanlara bir zaman gələcəkdir ki,  Qurani-Kərimin yalnız şəkli, İslamın yalnız adı qalacaq.  Onlar İslamdan ən uzaq insanlar olduqları halda İslami adlarla adlanacaqlar, məscidləri görünüşcə xoş olduğu halda hidayət cəhətdən xarab olacaq. 
(Hakim, Deyləmi; Son Zamanlarla Əlaqədar Hədislər, s.27)

 

İnsanlara bir zaman gələr ki, Qurani- Kərim bir vadidə, insanlar ayrı vadidə olarlar. 
(Hakim, Tirmizi; Son Zamanlarla Əlaqədar Hədislər, s.25)

 

İnsanlar üzərinə elə bir zaman gələr ki, onların üzləri insan üzü, ürəkləri şeytan ürəyi olar. Qan tökərlər, çirkin hərəkətlərdən qaçmazlar. Əgər sən onlara tabe olsan səni güdər. Əgər onlara etibar etsən, sənə xəyanət edərlər. Onların uşaqları əxlaqsız, gəncləri arsız olar. Yaşlıları isə yaxşılığı  əmr etməz, pislikdən çəkindirməzlər (qadağan etməzlər). 

(Hatib; Gələcəyin tarixi 1, s.23)

 

Peyğəmbərimiz (s.ə.v.)-in yuxarıdakı sözlərindən aydın olur ki, axırzamanın birinci mərhələsi din əxlaqının görünüşcə tətbiq olunduğu, lakin həqiqətdə Allahın əmr etdiyi Quran əxlaqının az qala tamamilə tərk edildiyi bir dövrdür. Açıq-aşkar olan Quran ayələrinin görməməzliyə vurmaq, Allahın  adından  hökmlər verildiyi, dində ixtilafa düşüldüyü, ibadətlərin nümayiş məqsədilə edildiyi, dindən  qazanc və mənfəət üçün vasitə olaraq istifadə edildiyi bir zamandır. İmanın təqlidçiliyə söykənməsi  olması da bu dövrün bir xüsusiyyətidir. Bu dövrdə sözdə Müsəlmanlar əksəriyyətdə, həqiqi alimlər və səmimi Müsəlmanlar isə az olur. Allah Quranda, Peyğəmbərimiz (s.ə.s.) in axirət günü öz qövmünün "Quranı tərk edilmiş (bir kitab) olaraq buraxıldığını" (Furqan Surəsi, 30) söyləyəcəyini bildirir. Hz. Məhəmməd (s.ə.v.), yuxarıdakı hədislərində də axır zamanda insanların, Quran əxlaqından uzaklaşacaklarını, özlərinə Quranın xaricində başqa rəhbərlər tutacaqlarını bildirmişdir.

 

.