Din əxlaqına dəvət mövzusunda qərarlı olmaları və cəld davranmaları.

Hz. Süleyman (ə.s.) aldığı ağıllı qərarlarla bütün möminlər üçün çox hikmətli nümunədir. Səba ölkəsinin xalqını iman etməyə dəvət etmək üçün yazdığı məktub (Nəml Surəsi, 29) onun təbliğ gücünü göstərən əhəmiyyətli dəlildir. Quranda məktubun məzmunu ilə əlaqədar olaraq bu məlumatlar verilmişdir:

O məktub Süleymandandır və o “Bismillahir-Rəhmanır-Rəhim”lədir (Bismillahla başlanır). (Məzmunu belədir: ) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin! (Mənim dəvətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)”. (Nəml surəsi, 30-31)

Hz. Süleymanın(ə.s.) məktubdakı üslubu son dərəcə açıq və təsirlidir. Məktubun çox güclü, qətiyyətli, qərarlıvə hökm sahibi bir insandan gəldiyi aydın olur. Məktub Səba məlikəsi və ətrafındakılara çox təsir etmişdir.

Bundan əlavəHz. Süleymanın(a.s.) elm sahibi bir insanın vasitəsilə Səba məlikəsinin taxtını gətirtməsi (Nəml surəsi, 38), cəld qərar almağın əhəmiyyətini göstərir.

Hz. Zülkarneynin(ə.s.) Yəcüc və Məcüc adlı qövmün təxribatlarının qarşısını almaq üçün qiyamətə qədər dağılmayacaq güclü sədd tikməsi də (Kəhf Surəsi, 98) onun güclü və ağıllı olmasının bir göstəricisidir. Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.) kimi, Hz. Mehdi (ə.s.) də ağılı və fərasəti ilə tanınacaq.

Qızıl dövrdə insanlar Allahın izni ilə axın-axın İslama yönələcək, bunun üçün çox geniş miqyaslı və ardıcıl işlər görüləcəkdir. Cəmiyyətlər bir-birinin ardınca İslam əxlaqını mənimsəyəcək, inkarçı ideologiyalar, hər cür zülm sistemi məhv olacaqdır. Bu mövzu ilə bağlı böyük İslam alimi Muhyiddin Ərəbi bunları ifadə etmişdir:

Allah ona (Hz. Mehdiyə) o qədər güc verəcək ki, bir gecədə zülmü və əhlini ortadan qaldıracaq, İslamı canlandıracaq, dəyər verilməz hala gəldikdən sonra ona təkrar qiymət qazandıracaq,  ölümündən sonra onu dirildəcək... Yaşadığı dövrdə cahil, xəsis və qorxaq olan insan tez bir zamanda alim, səxavətlivə cəsur olacaq... Dini, Rəsulullahın(s.ə.v.) dövründə olduğu kimi eynilə tətbiq edəcək...

(Muhyiddin Ərəbi əl-Enidilisi, Futuhat-ül Mekkiye, Bab 66, Qiyamət Əlamətləri, s. 186)