Peyğəmbərimizin (s.ə.v) Hz. Mehdi (ə) ilə əlaqədar xəbər verdiyi hədislərin hamısı ruha deyil, insana məxsusdur.

Burada Peyğəmbər Əfəndimizin (s.ə.v.) Hz. Mehdi (ə) ilə əlaqədar hədislərindən yalnız bir neçə nümunəyə yer verilmişdir. Bu mövzuda ətraflı məlumat əldə etmək istəyənlər www.hazretimehdi.com saytına müraciət edə bilərlər.

 

İstanbulu mənən fəth edəcək olan ruh deyil.
Hz. Mehdi (ə) Konstantiniyyəni və Deyləm Dağını (mənən) fəth edəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 27)

 


Allah Təala Həzrətləri mömin qullarına Romanın mərkəzi olan İstanbulun təsbeh və təkbir ilə (mənən) fəthini nəsib buyurmadıqca qiyamət qopmayacaq.
Peyğəmbər Əfəndimizin (s.ə.v.)-in köynəyini geyib, qılıncını götürəcək və mübarək bayrağını açacaq, müqəddəs əmanətlərlə birlikdə zühur edəcək olan ruh deyil, Hz. Mehdinin (ə) özüdür.
Hz. Mehdi (ə) Peyğəmbərimizin (s.ə.v.)-in bayrağı, köynəyi, qılıncı, əlamətləri, nuru və gözəl ifadəsiylə şam vaxtında çıxacaq. (Əli ibn Sultan Məhəmməd əl-Kari əl-Hənəfi, "Risalətül Məşrəb əlverdi fi məzhəbil Mehdi")

 


ALLAHIN ELÇİSİ ÜÇÜN HƏZRƏTİ CƏBRAYIL (ə) TƏRƏFİNDƏN Bədir Döyüşü əsnasında gətirilən bayraq İMAM ZAMAN (HZ. MEHDİ (ə)) TƏRƏFİNDƏN YÜKSƏLDİLƏCƏK. BU BAYRAĞIN ƏSAS XÜSUSİYYƏTİ hər tərəfdə bir aylıq məsafədəki DÜŞMƏNLƏRİN ÜRƏYİNƏ QORXU SALMASIDIR. Eyni zamanda  İNANANLARIN ÜRƏKLƏRİNDƏ MƏMNUNİYYƏTİ VƏ MÖHKƏMLİYİ ARTIRACAQ. (Biharül Ənvar, Cild 51, Səhifə 135; Cild 52, Səhifə 328; Miqyaal al-Məqaarəm, Cild 1, s. 241)

 

 

İslam aləmi ruhani varlığa deyil, Hz. Mehdinin (ə) şəxsinə beyət edəcək
Xəlifənin ölümü anında ixtilaf olar. Mədinə xalqından bir adam qaçaraq Məkkəyə gələr. Məkkə xalqından bir qrup onu (Hz. Mehdini (ə)) istəməməsinə baxmayaraq (olduğu yerdən) çıxararlar. Həcəri-Əsvədlə Məqamı-İbrahim arasında ona (Hz. Mehdiyə (ə)) beyət edərlər. (Sünəni Əbu Davud, 5/94; əl-Kavlul Müxtəsə Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 20)

 


Rükn ilə Məqam arasında ona beyət ediləcək. Hz. Mehdi (ə) o qədər mərhəmətli olacaq ki, dövründə heç kim yuxudan oyandırılmayacaq, heç kimin burnu belə qanayacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 42)

 

 

Müsəlman dünyasını ayrılıqdan birliyə,  Türk-İslam Birliyinə gətirən ruh olmayacaq.
İman edənlərin Əfəndisi (s.ə.v.) deyir ki: "... ALLAH SİZİN ÜÇÜN SİZİ BİRLƏŞDİRƏCƏK VƏ SİZİ DAĞINIQ OLDUĞUNUZ HALDA BİR YERƏ GƏTİRƏCƏK BİRİNİ (HZ. MEHDİNİ (ə)) ÇIXARANA QƏDƏR... Səbr etsəniz mükafatlandırılacaqsınız və sizin haqsızlığa uğramağınızın intiqamını alacaq(Darvinizmə, materializmə və ateizmə elmi cavabı verəcək) və haqqlarınızın qurtarıcısı olanın o (Hz. Mehdi (ə)) olduğunu açıq şəkildə anlayacaqsınız..." (Kitab-ül Qeybət, [Bihar-ul Ənvar, c. 51], Ənsəriyan Nəşriyyat, Yığan: Məhəmməd Mis əl-Məclisi, İran-Qum, 2003, s. 182)

 


SONRA ALLAH HAMINI ONUN ƏTRAFINDA YIĞACAQ." (Şeyx Məhəmməd ibn İbrahimi-Numanı, Qeybəti-Numanı s. 242)

 


... Və sonra istəmədiyi halda beyətlərini qəbul edər. Əgər siz ona çatsanız ona beyət edin. Çünki, o, yerdə də, göydə də Hz. Mehdidir (ə). (Əli Min Hüsameddin Əl Muttaki, Cəlaləddin Sunu idinin Təsnifindən Hədislər, Qəhrəman Nəşriyyat, s. 35)

 

 

Ruh şəklindəki varlığın qardaşının olması mümkün deyil.
Qardaşı az olandır. (Risalət ül Mehdi, s161)

 


Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdinin (ə) subay olacağını söyləmişdir. Peyğəmbərimizin (s.ə.v.) burada ruh şəklindəki varlıqdan bəhs etmədiyi aydındır.
Məsudi belə nəql edir: "Əli ibn Həzmə, İbni Sirac və İbni Əbi Səid bir dəfə İmam Rızanın (ə) hüzuruna çatdıqları zaman Əli ibn Həmzə İmama belə dedi: "Ey Rəsulullahın oğlu biz sizdən (Əhli-Beyt imamlarından) belə nəql etmişik ki, HƏR İMAM ÖLMƏZDƏN ƏVVƏL MÜTLƏQ ÖVLADINI GÖRƏR. (Görəsən bu doğrudurmu?) İmam (ə) cavabında belə buyurdu: "Bunu da hədisə əlavə etdinizmi "QAİM (HZ. MEHDİ) XARİC"? (İsbat-ül Qəyyuma (Məsudu), s. 201)

 


Hz. Mehdi (ə) bütün insanların, hətta dənizdəki balıqların, havadakı quşların onun sevgisiylə coşacaqları bir insandır. İnsanlar sevgilərini ruh şəklindəki varlığa deyil, Hz. Mehdiyə (ə) yönəldəcəklər.
Onun (Hz. Mehdinin (ə)) xilafətindən yer və göy əhli, bütün yabanı heyvanlar, quşlar, hətta dənizdəki balıqlar belə razı olacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, s. 31)

 


Allah onun (Hz. Mehdinin (ə)) söhbətini insanların ürəklərinə yerləşdirəcək. Beləliklə, onlar gündüzləri aslan kəsiləcək, gecələri də ibadətlə keçirən bir cəmiyyət olacaqlar. (Uqayli "Ən-Nəcmus-saqib fi Bəyanı Ənnəl Mehdi ibn Övladı Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal")

 

 

Quranda və hədislərdə xəbər verilən Dabbətul Ərz kompüter və internet texnologiyasına işarə edir (doğrusunu Allah bilir)