Qızıl dövrdə ədalət və insanpərvərlik.

Quran ayələrində, Hz. Süleyman (ə.s.) və Hz. Zülqərneynin (ə.s.) insanpərvər, əhv edici və sülhsevər olduqları bildirilmişdir. Hz. Zülqərneyn (ə.s.), gözəlliyi əsas tutaraq cəmiyyəti asan olana dəvət etmişdir. (Kəhf surəsi, 88) Onlara qarşı ədalətlə davranmış və problemləri qarşısında onlara çıxış yolları göstərmişdir. Kömək istəyən cəmiyyətə, qarşılığında heç bir şey gözləmədən kömək etmişdir. Şübhəsiz bunlar, Rəbbimizin əmr etdiyi gözəl əxlaqı ən gözəl şəkildə yaşamağının nəticəsidir.

Hz. Süleyman (ə.s.) da, hakimiyyəti dövründə ədalətlə hökm etmişdir. Hz. Mehdi (ə.s.) də, İslam əxlaqını eynilə Hz. Zülqərneyn (ə.s.) və Hz. Süleyman (ə.s.) kimi tətbiq edəcək, diplomatiyadan istifadə edəcək, sənətkarlığa, estetikaya əhəmiyyət verəcək, ədaləti ilə bütün insanların sevgisini qazanacaq və sülhsevər dünya meydana gətirəcək. Dünya zənginlikləri insanlar arasında bərabər şəkildə paylanacaq, yoxsulluq aradan qalxacaq. Bu mövzu ilə əlaqədar bəzi hədislər bu şəkildədir:

Zülm və əzabla dolu olan dünya, o gəldikdən sonra ədalətlə dolub daşacaq. (əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 20)

O (Hz. Mehdi) ərzə sahib olar və özündən əvvəl təzyiq və zülmlə dolu olasn ərzi ədalətlə doldurar. Sizdən ona kimyetişsə,qar üstündə sürünərək də olsa gəlsin, ona qatılsın. Çünki o Hz. Mehdidir. (Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 14)

 Əbu Səid Hudri Rəsulullahdan rəvayət edir:

"Hz. Mehdinin izləyiciləriona sığınarlar, bal arılarının şahzadə arıya sığındıqları kimi (onun yanında inam və dinclik tapacaqlar), o yer üzünü ədalətlə dolduracaq." (Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 30)