Əxlaqi çöküş.

İndiki zamanda dünya cəmiyyətlərinin ictimai strukturlarını təhdid edən böyük bir təhlükə əsas mövzulardandır. Bu təhlükə insan bədənini ölümə aparan viruslara bənzər şəkildə hiyləgər bir fəaliyyət göstərərək cəmiyyətlərin dağılmasına gətirib çıxarır.Bu, insan birliyinə dəstək olan əxlaqi dəyərlərin korlanmasıdır.

Axır zamanda əxlaqi pozulmaların yayılacağı Peyğəmbərimiz (s.ə.v.)-in hədislərindən aydın olur. Fahişəliyin açıqca edilməsi bir qiyamət əlaməti olduğunu Peyğəmbərimiz (s.ə.v.) bir hədisdə belə ifadə etmişdir:

Fahişəlik açıq olmadan.qiyamət qopmaz. (ramiq-Əl Ehadis, 91/7)

İndiki vaxtda da,homoseksuallıq, fahişəlik ticarəti, evlilikdən kənar cinsi münasibətlər, cinsi cinayətlər, təcavüz hadisələrinin və cinsi xəstəliklərinin  artımı, əxlaqsızlığın bəzi əhəmiyyətli göstəriciləridir.

Bəhs olunan mövzular davamlı olaraq dünya ictimaiyyətinin  gündəmindədir. Bəzi insanlar ətraflarında olub bitənlərin, təhlükəninfərqində deyillər (əhəmiyyət vermirlər) və ya bu hadisələri ictimai həyatın bir parçası olaraq qiymətləndirmirlər. Lakin statistikalar, təhlükənin ölçülərinin görülməmiş bir şəkildə, hər keçən gün böyüdüyünü, artmasını göstərir.

Cinsi xəstəliklər,  insanqarşısındakı  problemlərin böyüklüyünü gözlər önünə sərən əhəmiyyətli bir meyardır. Dünya Sağlamlıq Təşkilatının (WHO) qeydlərinə görə, cinsi yol ilə keçən xəstəliklər ən çox rast gəlinən xəstəlik qruplarından biridir; 1997il hesabatları hər il təxmini olaraq 333 milyon yeni hadisənin meydana gəldiyini göstərir. Bunlara əlavə olaraq, AIDS -böyük bir problemin  olma mövqesindədir. WHO 2000 il statistikaları o dövrə qədər 18.8 milyon insanın bu xəstəlikdən həyatını itirdiyini bildirmişdir. Dünya Sağlamlıq Təşkilatının AIDS ilə əlaqədar 2000 il hesabatındakı bu ifadələr mövzunu yekunlaşdırmışdır: "AIDS ictimai, iqtisadi və demoqratik strukturlar üzərindəki dağıdıcı təsiriylə bənzərsizdir.Düşündürücü inkişaflar arasındahomoseksuallığın yayılması da olduqca diqqət çəkicidir. Homoseksuallarınbəzi ölkələrdə rəsmi olaraq evlənə bilməsi, evliliyə aid olanictimai haqqlardan istifadə edə bilməsi, dərnək və yığıncaqlarqurmaları, dünya səviyyəsində olmaları, müqəddəs inanclara qarşı çıxmaları, dini dəyərlərin əleyhinə olmaları, Peyğəmbərimiz (s.ə.v.)-in dövründən bəri gəlib keçən on dörd əsrlik müddət ərzində yalnız,  indiki dövrə məxsus hadisələrdir.

 

İndiki vaxtda homoseksuallığın bu yayılması, keçmişdə cinsi əlaqələri ilə tanınmış Lut xalqının başına gələnləri xatırladır. Quranda izah edildiyi kimi, Allah, Hz. Lutun doğru yola dəvətinə azğınlıqla cavab verən Lut şəhərini və xalqını böyük bir fəlakətlə həlak etmişdir. Bu pozğun cəmiyyətdən olanlar hələ də, bir ibrət dərsi olaraq Lut Gölünün suları altında qalıb.

 

Axır zaman cəmiyyətlərindəki əxlaqi degenerasiyasını təsvir edən hədislər, bu günki həyatımızda tam mənasıyla ortaya çıxan açıq bir gerçəkdir. Bu da bizlərə bir daha, Allahın izni ilə, Mehdinin çıxışının olduqca yaxın olduğunu xatırladır.