Fitnələrin çoxalması.

“Fitnələr olacaq. O fitnələrdə oturan ayaq üstə olandan, ayaq üstə olan yeriyəndən, yeriyən də qaçandan daha xeyirli olacaq. Ona yaxınlaşan özünü xilas edə bilməyəcək. Kim o fitnələrdə daldanacaq, sığınacaq tapsa, özünü xilas etsin.” (Buhari, Fiten: 9; Müslim, Fiten: 10; Tirmizi, Fiten: 29)

 

“Zaman bir-birinə yaxınlaşacaq. Əməl azalacaq. Xəsislik artacaq. Fitnələr zühur edəcək. HƏRC çoxalacaq.” Deyirlər: “HƏRC nədir?” Rəsulullah cavab verir: “Öldürmək, öldürmək.” (Buhari, Fiten: 5)

 

 

"Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi; ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, əmri bil maruf və nəhy iz münkər (yaxşılığı əmr edib pislikdən daşınmağa çağırma) imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman mənim övladlarımdan Hz. Mehdi (ə.s.) ilə Cənabı Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlar, Acem (Ərəb olmayan) və Ərəb millətləri arasında ülfət və məhəbbət yaranar."

(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 66)

 

"Məğribdə (qərbdə) qarışıqlıqlar, fitnələr və qorxu olacaq... Fitnələr çoxalacaq."

(ölüm-qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 440)

 

İnsanların yaşayış şəraitinin çətinləşdiyi, Allahın və dinin müxtəlif üsullarla yalanlandığı, insanların imanlarının zəiflədilməyə, itirilməyə çalışıldığı çətin imtahan mühiti İslami qaynaqlarda "fitnə" mühiti adlanır.

 

Peyğəmbərimiz (səv)ın bir hədisində axır zamanda bəzi möminlərin imanlarının zəifləyəcəyi və buna səbəb olacaq hadisələr xəbər verilir:

 

 

Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi; ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, əmri bil maruf və nəhyi anıl münkər (yaxşılığı əmr edib pislikdən çəkindirmək) imkanlarının olmaması kimi səbəblərlə zəiflədiyi zaman mənim övladlarımdan Mehdi ilə Cənabı Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlayar, Əcem (Ərəb olmayan) və Ərəb millətləri arasında ülfət və sevgi yaranar. (Kitab-ül Burhan Fi Əlaməti-il Mehdiyy-il Axır Zaman, s. 66)

                       

 Hədisdə yer alan məlumatlara görə, axır zamanda, Mehdi və dərhal ardından da Hz. İsa gəlmədən əvvəl bu hadisələr reallaşacaq:

 

1- Ölüm: Anarxiya və kütləvi qırğınlar nəticəsində xalqın can təhlükəsizliyinin qalmaması və bunun meydana gətirdiyi narahatlıq mühiti.

 

2- Aclıq: Bahalılıq səbəbiylə meydana gələn dolanışıq çətinliyi. Fəlakətlər və təbii fəlakətlər nəticəsində qıtlıqların, aclığın artması.

 

3- Fitnələr: Haramların kiçik-böyük hər kəsin arasında, çox geniş yayılması və buna təşviq olunması. Hər cür əxlaqsızlığın insanların gözləri qarşısında edilməsi.

 

4- Bidətlərin ortaya çıxması: İslam dinində olmadığı halda sonradan ortaya çıxarılan adətlərin dinin əsaslarıymış kimi qəbul edilməsi.

 

5- Din əxlaqını izah etmək imkanlarının itməsi: Yaxşılığın əmr edilməsi və pisliyə mane olmaq, qısacası təbliğ imkanının itməsi ilə meydana gələn mənəvi boşluq.

 

Fitnə mühitləri möhkəm imana sahib möminlər üçün imanlarının güclənməsinə, səbrlərinin və axirətdəki dərəcələrinin artmasına vəsilə olarkən, zəif və səthi imana sahib kəslərin imanlarını itirmələrinə, ya da imanlarının daha da zəifləməsinə səbəb olar. Mehdi bu cür bir fitnə mühitinin ən geniş və şiddətli olaraq yaşandığı bir dövrdə zühur edəcək.

 

Başqa hədislərdə və İslam alimlərinin şərhlərində də axır zamanda Mehdinin, hər yerə yayılmış çox kütləvi bir fitnə var ikən ortaya çıxacağı bildirilir:

                                            

Mehdi, fitnələrin zühur etdiyi bir zamanda gələcək. (Məktubatı Rəbbani, 2-258)