Heyvan sevgisinə əhəmiyyət verilməsi.

Quranda Hz. Süleymanın(ə.s.) atlara çox əhəmiyyət verdiyi və onları sevmək üçün xüsusi vaxt ayırdığını (Sad surəsi, 31-32) və qarışqaları əzməyəcək qədər üstün əxlaqa sahib olduğu bildirilir. Hətta Quranda onun heyvanlara olan şəfqətli və sevgi dolu münasibətinə diqqət çəkilir.

Qızıl dövrdə də, heyvanlara olan sevgi təşviq ediləcək. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrdə hər cür heyvanın rahatlıqla görünəcəyi, sevilə biləcəyi və üzərində hakimiyyətin meydana gələcəyi xəbər verilir. Bu mövzudakı hədislərdən bəziləri belədir:

... insanlar, qoyun və heyvanlarına gedin otlayın deyəcək, onlar gedəcəklər, əkinin ortasından keçdikləri halda bir başaq belə ağızlarına almayacaq, ilan və əqrəblər heç kimə toxunmayacaq, vəhşi heyvanlar qapıların qarşısında dayanacaq və heç kimə zərərləri toxunmayacaq...

(Qiyamət Əlamətləri, Berzenci, s. 245)

İlanlar uşaqlarla, inəklər aslanlarla yaşaya biləcək... (Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 64)

Qızıl dövrlə Hz. Süleyman (ə.s.) dövrü arasındakı diqqəti cəlb edəndigər oxşarlıqlardan biri də, hədislərdə də olduğu kimi heyvanlar üzərindəki hakimiyyətdir. Hz. Süleyman (ə.s.) quşlar başda olmaqla müxtəlif canlılar üzərində necə hakimiyyət qurdusa, Qızıl dövrdə də heyvanlar üzərində, yırtıcı heyvanların insanlara zərər verə bilməyəcəyi şəkildə hakimiyyət olacaq.