İldırımların çoxalması.

Qiyamət  yaxınlaşdığı zaman ildırımlar o qədər çoxalacaq ki, insanlar (bir-birlərinə) deyəcəklər: "Dünən kimi ildırım vurdu?" Onlar da (belə) cavab verəcəklər: "Dünən filan və filan (kəsləri) ildırım vurdu." (Əl-Hakim, Müstədrək, 4/444)

 

Evlərinizi zəlzələlər yıxacaq, heyvanlarınızı ildırımlar yandırıb kömürə çevirəcək. (Naim min Hammad; Gələcəyin Tarixi 4, s. 69)

 

Hədislərdə ildırımların artmasının da qiyamətin əlamətlərindən biri olduğu xəbər verilmişdir. Tam hədisdə ifadə edildiyi kimi, ildırım düşməsi nəticəsində can və mal itkisinin artması son illərdə tez-tez rast gəlinən bir hal olmuşdur. Bu itkinlər çox vaxt xəbərlərdə yer alır. 1998-ci ildə Kongoda futbol meydanına düşən ildırım nəticəsində, sahədə oyun oynayan 11 futbolçunun ölümü bu nümunələrdən biridir. Bənzər bir şəkildə 2001-ci ildə Meksikada futbol meydanına düşən ildırım nəticəsində də 6 adam ölmüşdü, 2012-ci ilin fevral ayındada eyni hal Konqo respublikasında  futbol meydaçasına düşən ildırım 11 nəfərin ölməsi ilə nəticələnmişdi. Bunlardan başqa ildırım düşmələri bir çox insanın həyatını itirməsinə və heyvanların tələf olmasına səbəb olur.