Həzrəti İsanı kimlər tanıya biləcək.

Bu mövzuda müraciət edilə biləcək ən etibarlı mənbə Qurandır. Quranın bir çox ayəsində peyğəmbərlər və əməlisaleh möminlər ilə əlaqədar məlumatlar verilir. Eyni zamanda Quran ayələrinə baxaraq möminlərə aid xüsusiyyətləri müəyyənləşdirmək də mümkündür.

Hz. İsanın imani xüsusiyyətlərini Quranı araşdıraraq öyrənmək olar. Beləliklə, Qurana tamamilə tabe olan səmimi möminlər Hz. İsaya məxsus xüsusiyyətlərə diqqət edərək onu tanıya bilərlər. Ancaq unudulmamalıdır ki, Hz. İsanı tanımaq hər kəs üçün mümkün olmaya bilər. Bu mövzu ilə əlaqədar Bədiüzzaman Səid Nursi bunları söyləmişdir:

"Hz. İsa (ə) gələndə hamının onun İsa olduğunu bilməyi lazım deyil. Onun yaxınları və qabaqcıl şəxslər imanın nuru ilə onu tanıyarlar. Yoxsa açıq-aşkar hər kəs onu tanımayacaq." (Məktubat, s. 54)

Göründüyü kimi Bədiüzzaman da Hz. İsanın dünyaya qayıtdığı ilk illərdə ancaq ona çox yaxın olanlar tərəfindən tanınacağını bildirmişdir. Yaxınında olan bu insanların onu tanımasının isə ancaq “imanın nuru” ilə mümkün ola biləcəyini ifadə etmişdir. Burada “imanın nuru” ilə nə nəzərdə tutulduğuna baxmaq lazımdır. “İmanın nuru” Allahın varlığına, birliyinə inanan və Qurana tabe olan insanlara Rəbbimizin verdiyi bir qavrama qabiliyətidir. Möminlər Allahın verdiyi bu qavrayışla hadisələri çox dəqiq şəkildə qiymətləndirə bilər, bir çox mürəkkəb mövzunu rahat şəkildə dərk edə bilərlər. Quranda bildirildiyi kimi möminlər ətraflarında baş verən hər bir hadisə haqqında dərin düşünən, bu səbəbdən də hadisələrdəki xırdalıqları belə Quran əxlaqına görə qiymətləndirən insanlardır. Necə ki, bir ayədə Allah səmimiyyətlə  iman edib, hər hadisənin incəliyini və dərinliyini qavramağa çalışan, gördükləri hər şeydə özlərini yaradan Allahın böyüklüyünü, gücünü qavrayaraq Ondan qorxanlara “doğrunu səhvdən ayıra biləcək” bir dərrakə  verəcəyini bildirmişdir:

 

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir! (Ənfal Surəsi, 29)

 

Bu ayə barədə fikirləşsək Hz. İsa dünyaya qaytarıldıqda onu tanıyıb ona itaət edənlərin Allaha və Qurana iman edən, hər hadisəni dərindən düşünüb qavramağa çalışan insanlar olacağını görərik. Necə ki, Bədiüzzaman Səid Nursi bir başqa sözündə mövzuya belə diqqət çəkir:

"Hətta Həzrəti İsa Əleyhissalamın zühuru və özünün İsa Əleyhissalam olduğu da imanın nuru ilə bilinər, hər kəs bilə bilməz." (Şüalar, s. 487)

 

Dünyada heç bir qohumu, tanıyanı, ailəsi olmamağı ilə tanınacaq

Hz. İsa Quranda bildirilən peyğəmbər xüsusiyyətləri ilə yanaşı başqa xüsusiyyətləri ilə də tanınacaq. Şübhəsiz ki, bunlardan ən əhəmiyyətlisi Hz. İsanın bir ailəsinin, bir qohumunun, bir tanışının olmayacağıdır.

Hz. İsa yenidən dünyaya gələndə dünyada onu tanıyan heç kim olmayacaq. Onun fiziki xüsusiyyətlərini, simasını ya da səs tonunu bilən heç kim tapılmayacaq. Dünyada heç bir adam "mən onu əvvəldən tanıyıram, filan zamanda görmüşdüm, onun ailəsi və yaxınları bu kəslərdir" kimi bir iddiada olmayacaq. Çünki, onu tanıyan bütün insanlar bundan təxminən 2000 il əvvəl yaşayıb və ölüblər. Anası Hz. Məryəm, Hz. Zəkəriya, dövrün qabaqda gələn Yəhudiləri və şəxsən Hz. İsadan təbliğ almış olan insanlar vəfat edibdilər. Bu səbəbdən də ikinci dəfə dünyaya gəlişində onun doğumuna, uşaqlığına, gəncliyinə və yetkinliyinə şahid olan heç kim olmayacaq və onun haqqında heç kim heç bir şey bilməyəcək.

Hz. İsa Allahın "Ol" əmri ilə atasız olaraq dünyaya gəlmişdi. Aradan əsrlər keçdikdən sonra isə heç bir qohumu olmamağı çox təbiidir. Allah Hz. İsanın bu vəziyyətini Quranda Hz. Adəmin yaradılışına bənzədir və belə buyurur:

Allah yanında İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu. (Al-i İmran Surəsi, 59)

 

Ayədə də bildirildiyi kimi Allah Hz. Adəmə "Ol" deyir və Hz. Adəm yaranır.  Hz. İsanın ilk yaranmağı da Allahın "Ol" deməyi ilə reallaşmışdır. Hz. Adəmin ana və atası yoxdur. Hz. İsanın ilk dünyaya gəlişində yalnız anası Hz. Məryəm var idi. Lakin dünyaya yenidən gələndə onun anası da həyatda olmayacaq. Aradan əsrlər keçdikdən sonra heç bir qohumu olmadan dünyaya qayıdacaq.

Şübhəsiz ki, bununla da Hz. İsanın dünyaya yenidən gəlişində onun Hz. İsa olduğuna işarə edən heç bir əlamət olmayacaq. Saxta məsihlik iddia edənlərin isə yalanları asan şəkildə aydın olacaq. Çünki, bütün uşaqlığı insanlar arasında keçmiş, çox sayda uşaqlıq şəkilinə sahib, onu kiçikliyindən etibarən tanıyan saysız-hesabsız adam olan bir insanın Hz. İsa olduğu iddiası əsassız bir iddia olar.