Küləklər və qasırğalar.

Qiyamətdən əvvəl on əlamət görmədən O, qopmayacaq. Onuncusu, insanları dənizə atan qasırğa. (Qiyamət Əlamətləri, 288)

 

Onuncusu insanları dənizə atan küləkdir ...   (Qiyamət Əlamətləri, 288)

 

"Şəhərlərin yox olmasına" səbəb olan bir başqa amil də təbii fəlakətlərdir.  Təbii fəlakətlərin hazırkı  dövrdə həm sayı həm də həcm olaraq artdığı statistik bir həqiqətdir. Son on ildə baş verən iqlim dəyişikliklərinin meydan gətirdiyi fəlakətlər bir dönüş nöqtəsi olaraq qəbul edilir. Sənaye, zərərli və arzuolunmaz  olan qlobal istiləşməyə səbəb olmuş, getdikcə istiləşən dünya atmosferindəki tarazlıqlar pozulmuş və beləcə iqlim dəyişiklikləri meydana gəlmişdir. Amerika Milli iqlim Məlumat Mərkəzinin qeydlərinə görə 1998-ci ildə xeyli  sayda təbii  fəlakət meydana gəlmişdir.  Məsələn müşahidəçilər, 1998-ci il Mitç qasırğasının Orta Amerika tarixində meydana gələn ən pis fəlakətlərdən biri olduğunu ifadə etmişlər.  26 oktyabr 1998-ci ildə meydana gələn Mitç qasırğası Honduras və Nikaraquada 10.000 –dən çox insanın ölümünə səbəb olmuşdur. 

Ötən əsrin son illərində meydana gələn ən əhəmiyyətli hava hadisələrindən bir neçəsi belədir:

1987-ci ilin oktyabr ayında Cənub-Şərqi İngiltərə 1703-ci ildən bəri meydana gələn ən böyük fırtına ilə qarşılaşdı. Fırtına nəticəsində təxminən 15 milyon ağac aşdı və meşələrin böyük bir qisimi yox oldu. Yalnız 16 insanın öldüyü fırtınada binalar böyük ziyan gördü, gəmilər sahilə sürükləndi. 

20 Mart 1998-ci ildə Corciyada meydana gələn Tornado nəticəsində 12 adam öldü.

27 May 1997-ci ildə Teksasda meydana gələn Tornado nəticəsində ölən adamların  sayı 27-dir.

13 May 1996-cı ildə Bangladeşin qərbində meydana gələn fırtınalardan ğlənlərin sayı təxminən 500 ilə 1000 arasıdır. Eyni fırtınalar 30 000 adamın yaralanmasına və 100 000 adamın evsiz qalmasına səbəb olmuşdur.

1992-ci ildə Andreyu qasırğasının səbəb olduğu ziyan, yalnız Meksika Körfəzində təxmini olaraq yarım trilyon dollardır. Andreyu qasırğası, Baham adalarında isə təxminən 250 milyon dollar ziyana səbəb olmuştur. ABŞ-ın şərqində 2 milyona yaxın insan qasırğa nəticəsində evlərindən evakuasiya edilmişdir. 

2002-ci ilin avqust ayında  Avropanın orta və şərq bölgələrində təsirli olan sellərdə ölənlərin sayı 114 nəfərdir.  

2003-cü ilin 21 sentyabrında  Cənubi Koreyada, son 40 ildə meydana gələn ən şiddətli qasırğalarda isə 2 gündə təxminən 200 adam ölmüşdür. 

Son illərdəki qasırğa, fırtına, tayfun kimi fəlakətlərdə başda Amerika qitəsi olmaqla dünyanın bir çox yerində dağıdıcı təsir göstərmişdir. Bunlara əlavə olaraq sellər də bəzi yaşayış mərkəzlərinin sular və palçıq altında qalmasına gətirib çıxarmışdır. Ayrıca zəlzələlər, vulkanlar və sunami dalğalarının gətirdiyi böyük təxribatlar da unudulmamışdır.