Peyğəmbərlərə məzsus üz ifadəsi ilə tanınacaq.

Elçilərin digər insanlardan həm bilgiləri ilə, həm də fiziki xüsusiyyətləri ilə üstün olduqları Quranda belə bildirilir:

Dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) biləndir!” (Bəqərə surəsi, 247)

Bilgisi ilə, ağlı ilə, fiziki gücü ilə, əxlaqı ilə üstün edilmiş bir insan olan Hz. İsanın üzündə peyğəmbərlərə məxsus bir ifadə olacaq. Sahib olduğu güclü Allah qorxusunun və dərin imanın nuru üzündə əks olunacaq. Peyğəmbərlərə məxsus olan nurlu ifadə o dərəcədə olacaq ki, onu görənlər digər insanlarla müqayisədə çox üstün bir insanla qarşılaşdıqlarının fərqinə varacaqlar. Ancaq unutmamaq lazımdır ki, hər kəs bunu qəbul etməyəcək. Bəzi insanlar həsəd və kin səbəbi ilə bu əxlaqi üstünlüyü görməzlikdən gələcəklər. Əslində hiss etsələrdə qürurları və təkəbbürləri əksini göstərməyə məcbur edə bilər. Ancaq imanında səmimi olanlar bu üstünlüyü görüb  təqdir edəcəklər.

Allah Hz. İsanın həm dünyada həm də axirətdə “...şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardan” (Ali- İmran surəsi, 45) olduğunu bildirmişdir. Quran əxlaqının təcəllisi olaraq bütün peyğəmbərlər kimi Hz. İsa da ətrafındakı insanlar tərəfindən möhtərəmliyi, özünəməxsusluğu və şərəfi ilə tanınacaq.