Hz. Mehdi (ə.s) qarşı insanların ruhunda bir meyl və məhəbbət olacaq.

ADNAN OKTAR: Allah, axır zamanda insanlara Hadi sifəti ilə təcəlli edir. Qarışıq bir şey yoxdur. Yeni nəsil, köhnə nəsil deyə fərq etməz.Allahın qulları həmişə eynidir, yaşına görə insanlara Allah rəftar etməz.Yaşına, kilosuna görə deyil.Bir dənə ruh vardır, O ruhun da yaşı yoxdur. O ruh hər zaman təxminən 33 yaşındadır. İnsanın ruhu, heç bir şəkildə dəyişikliyə uğramaz.Bədən şəkildən şəklə girər, o əhəmiyyətli deyil, amma ruh davamlı sabitdir.Bu səbəbdən ruh yaşını əsas götürərik biz, Müsəlman olaraq.Bu səbəbdən Müsəlman üçün yaşlı, gənc ayrı-seçkiliyi yoxdur.Ruh yetkinləşə bilər yalnız.

 

Məsələn, "qırx yaş yetkinlik dövrüdür" deyir, Cənab Allah. Qırx yaşına doğru yetkinləşər insan; təcrübə, bilik və dünya görüşünə əsaslanaraq. Allah Hadi sifəti ilə təcəlli edib insanlara hidayət verir. Mehdiyyətin kölgəsi dünyanı bürüdü.Mehdiyyət ilə insanlar bir şəkildə təmasda olarlar; istəsin və ya istəməsin. Şeytanla da bir şəkildə təmasda olarlar.Məsələn, şeytan onların qarşısına insan olaraq çıxar, xəbərləri olmaz. Hz. Mehdi (ə.s.) da onların qarşısına insan olaraq çıxar, xəbərləri olmaz. Hz. Mehdinin (ə.s.) üzüylə qarşılaşdığında  xəbəri olmadan feyz alar və hal alar, fərqində olmaz, o, sanki mənəvi bir bağ meydana gələr.

 

Bir elektrik bağı meydana gələr və davamlı onun təsirinə girər, Hz.Mehdinin (ə.s.) təsirinə girər.Şeytanla əlaqəsi olan da davamlı şeytanın təsirinə girər, xilas ola bilməz ondan, yəni şeytanla əlaqəyə keçdiyində. Allah, Hadi adıyla təcəlli etdikdə insanların Mehdiyə (ə.s.) qarşı ruhlarında bir meyl və məhəbbət olur. Tanısın və ya tanımasın Mehdi (ə.s.)-ın təsiri altında qalarlar. Adamın Mehdi (ə.s.) -ı tanıması şərt deyil. Onun enerjisini, onun feyzi bir şəkildə onu tapar. Və yaxud hər hansı bir şəkildə üzüylə  qarşılaşması, hər hansı bir şəkildə baxışlarıyla qarşılaşması yetərli olar və ondan sonra onun təsirinə girər, bir daha da çıxmaz, sonuna qədər də elə gedər. Məsələn Peyğəmbər Əfəndimiz (s.ə.v.)-də elə olurdu.

 

Bir dəfə qarşılaşdığında, bir dəfə baxdığında dərhal Peyğəmbərimiz (s.ə.v.)-in  təsirinə  düşərdilər. Bir daha təsirlənməz artıq şeytandan.  Allah, Hadi adıyla təcəlli etdisə bir insana, simasını bir dəfə 50 metrdən belə görmüş olsa kifayətdir o və səhabə olar ondan sonra, inşaAllah.