Milli sərvətin varlılar arasında bölünməsi.

"... On beş şeyi etməyə başlayında böyük bəlanın gəlməsi vacib olar!" buyurmuşdu. (Yanındakılar :) "Ey Allahın Rəsulu! Bunlar nələrdir?" deyə soruşdular. Əleyhissalatu vəssalam saydı: "Qənimət (yəni milli sərvət, fəqir-füqəraya uğramadan yalnız zəngin və mövqe sahibi kəslər arasında) tədavül  olan bir əmtəə halına gələrsə." 
(Tirmizi, Fiten: 39, (2211))

 

Peyğəmbərimiz (s.ə.v) -in qiyamət əlaməti olaraq xəbər verdiyi bu hal-hazırda dünyada sürətlə yaşanır. Bu gün dünyanın ən zəngin insanları dünyadakı zənginliklərinin böyük bir qisiminə sahib olduqları halda, milyardlarla insan da kasıblıq və aclıq içində yaşayır. Yalnız Afrika qitəsindəki milyonlarla insanın yaşadığı  aclıq və səfalət bütün dünyanın gözləri qarşısındadır.

 

Beynəlxalq Əmək Təşkilatının 2003-ci ildə verdiyi açıqlamasında, 2 milyard insanın gündə 2 dollar, 1 milyard insanınsa təxminən 1 dollarla dolanmaq məcburiyyətində qaldığını açıqladı. Təşkilatın mətbuat açıqlamasında, dünyanın ən yoxsul 20%-i ilə, ən zəngin 20%-i  arasındakı uçurumun  son 40 ildə iki qat dərinləşdiyi də vurğulandı.