Müsəlmanlar üçün axır zamana aid müjdələr.

Hz. Süleymanın(ə.s.) və Hz. Zülqərneynin(ə.s.) yaşadıqları dövrdəki dünya hakimiyyəti bütün müsəlmanlar üçün çox böyük müjdədir. Çünki, bu hekayələrdə axır zamana aidəhəmiyyətli işarələr var.

Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyada hakim etmək üçün ciddi səy göstərən və heç bir çətinlik qarşısında əzilməyən müsəlmanlar, tarixin hər dövründə mütləq üstün gələcək. Allahın köməyi və dəstəyi mütləq onlarla olacaq.

Hz. Süleyman (ə.s.) və Hz. Zülqərneyn (ə.s.) yuxarıda sayılan xüsusiyyətlərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə (və əlbəttə Allahın digər bir çox mənəvi lütfü ilə) alıblar. Axır zamanda eyni hakimiyyət, Hz. İsanın yenidən dünyaya qayıtması və Hz. Mehdi (ə.s.) vəsitəsi ilə mütləq reallaşacaq. Hz. Mehdi (ə.s.), Peyğəmbərimizin (s.ə.v.) də xəbər verdiyi kimi bütün xidmətləri yerinə yetirəcək və Allahın izni ilə Quran əxlaqını bütün dünyaya hakim edəcək. Bu, Allahın iman edənlərə vədidir:

Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!  (Səff surəsi, 9)