Adamın qamçısının ucuyla danışması.

İnsana  qamçısının ucu danışmadıqca. qiyamət qopmaz.  (Ölüm, Qiyamət və Diriliş, s. 471)

 

Qamçı bilindiyi kimi, keçmişdə xüsusilə at, dəvə kimi minik heyvanlarını sürərkən geniş şəkildə istifadə edilmiş bir vasitədir. Yuxarıdakı hədis araşdırıldığında,aydın olur ki, Peyğəmbərimiz (s.ə.v.)-in bu sözləriylə bir bənzətmə etmişdir. İndiki vaxtda "qamçının şəklinə bənzədə biləcəyimiz və danışan obyekt nədir?" deyə soruşacaq olsaq, bu sualın en məntiqli cavabı, antenaları ilə diqqət çəkən telsiz, cib telefonu və ya buna  bənzər ünsiyyət vasitələridir. İnkişaf etmiş texnologiyanın məhsulu olan bu cihazlar sahib olduqları qamçıya bənzər antenalarla diqqət çəkməkdədirlər. Cib telefonu və ya peyk telefonu (ratsiya) kimi kabelsiz ünsiyyət vasitələrinin çox qısa bir keçmişi olduğunu nəzərə alsaq, Peyğəmbərimiz (s.ə.v.)-ın 1400 il əvvəl etdiyi təsvirin də nə qədər hikmətli olduğu aydın olacaq. Qiyamətdənöncəki zamanın  içində olduğumuza dair daha bir xəbər beləcə təcəlli etmişdir.