Dünyanın dörd bir yanında qarışıqlıq və qarşıdurmaların olması.

... Hərci Mərc çoxalaraq davam edər. (Əli bin Husaməddin əl Müttəqi , Cəlaləddin Suyutinin Təsnifindən Hədislər- Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 37)

*Hərci Mərc: İnsanlar arasında meydana gələn fitnə, fəsad yaşandığı mühit.

Dünya hərci mərc içində qaldığında, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri bəzisinə hücum etdiyində, böyük kiçiyə mərhəmət etmədiyi, böyüyə hörmət edilmədiyində Allah, bu vaxtda onlardan düşmənliyin kökünü götürərək qalalarını fəth edəcək və əvvəlcə mənim dəstək olduğum kimi, axır zamanında dini dəstək olacaq, əvvəldən zülümlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdini) göndərəcək. (Kitabul Burhan fi Əlamət-əl Mehdiyy-il Axır Zaman)

Hədislərdə görüldüyü kmi, müəyyən bir yer bildirilməyib, qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarələr var. Həqiqətən də hədislərdə təsvir edildiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarışıqlıq, qarşıdurmalar, qırğınlar və terror hadisələri davam edir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülməkdə, yurdlarından çıxarılır.