Etdikləri üçün qarşılıq gözləməyəcək.

Bütün elçilərdə olan ortaq xüsusiyyətlərdən biri də etdikləri üçün mükafat gözləməmələridir. Etdikləri böyük xidmətlər qarşılığında istədikləri tək şey Allahın razılığıdır. Ətraflarındakı heç kimdən bir mükafat, bir fayda tələb etməzlər. Necə ki, Quranda da bütün elçilərin bu xüsusiyyətə sahib olduqları və bunu bu sözlərlə dilə gətirdikləri bildirilir:

 

Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni Yaradana aiddir. Məgər dərk etmirsiniz? (Hud surəsi, 51)

 

Elçilərin bu üstün xüsusiyyətinə Hz. İsada sahib olacaq. Allahın peyğəmbəri olaraq bütün insanları İslam dininə dəvət edəcək, ancaq etdiklərinin qarşılığında heç bir maddi gəlir, mükafat tələbi olmayacaq. Quranda bildirilən bütün elçilər kimi etdiklərinin qarşılığını Allahdan gözləyəcək və bu xüsusiyyəti ilə də istər yaxınları arasında, istərsə də yaşadığı cəmiyyətdə diqqət çəkəcək.

Ancaq burada da unudulmamalıdır ki, digər mövzularda olduğu kimi bu mövzuda da onu ancaq səmimi iman sahibləri tanıyacaq. Yaşadığı cəmiyyət Hz. İsanın bu xüsusiyyətini görsə belə düşmənləri ona maneə törətmək üçün digər bütün peyğəmbərlərə edildiyi kimi müxtəlif böhtanlar ata bilər. Bu böhtanların arasında şübhəsiz ki, onun "etdiklərinə bir qarşılıq gözlədiyi, mənfəət güddüyü" kimi şərlər də olacaq. Ancaq Allah hər mövzunu xeyirlə nəticələndirdiyi kimi bu mövzuda da inkarçıların böhtanlarının əsassızlığını bir-bir ortaya çıxaracaq və elçisinə kömək edəcək, inşaAllah.