Qiyamların olması.

“… (həmin dövrdə)  fitnələr, qarışıqlıqlar, qiyamlar coxalar, insanlar bir-birlərini öldürərlər. İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar bürüyər.“(ölüm-qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 482, nömrə. 901; Kitabın-Nihayə, İbni Kəsr, 1/131).

 

 

Daxili qarşıdurmaların və qiyamların artması, Peyğəmbərimiz (s.ə.v.)-in axır zamanla əlaqədar verdiyi əhəmiyyətli məlumatlardandır. XX  əsrin sonlarından etibarən başda Salvador, Nikaragua kimi Orta və Cənubi  Amerika ölkələri daxil olmaqla, dünyanın dörd bir tərəfində qiyamlar, çaxnaşmalar və qarşıdurmalar yaşanmışdır. 1980-ci illərin əvvəlində Orta Amerikada, bir qrup idarəçi heyəti ilə əsgərləri olanliderlər arasında meydana gələn mənfəət qarşıdurmaları, xarici seqmentlərdə təşkilatlanan partizan hərəkətlərinin də, güc qazanmaqla, təxminən 22 milyon insanı təsir altına alan böyük bir qarşıdurma və qarışıqlıq mühitinə çevrilmişdir. Qarşıdurmalar  nəticəsində,  Nikaraquada, Somoza iqtidarı çevrilişə məruz qalmış, Honduras, Əl Saldavor vəGuetemalada böyük çaxnaşmalar  yaşanmışdır. Bütün bu hadisələr əsnasında, yalnız 1982-ci ildə, bəhs olunan  bölgədə 15 min adam həyatını itirmişdir.