Şiddətli yağışların yağması.

Ev və daxma buraxmayan şiddətli bir yağış yağmayınca qiyamət qopmaz. (Qiyamət Əlamətləri, s. 253)

 

"Yağışın çoxalması, otların azalması ... qiyamətin yaxınlaşmasındandır."(Qiyamət Əlamətləri, s.137)

 

Göydən şiddətli yağış yağıb daş binalar xaric bütün kərpic evlər yıxılmadıqca qiyamət qopmaz. 
(Əhməd b. Hənbəl, Müsnəd 13/291, hədis nömrə. 7554)

 

Şiddətli yağış və nəticəsində yaranan sel basqınları, insanların həyatlarını və mallarını itirmələrinə səbəb olan böyük təbii fəlakətlərdir. Xüsusilə son dövrlərdə sel basqınları, dünyanın müxtəlif bölgələrində çox böyük həcmdə can və mal itkisinə səbəb olmuşdur. Ötən illərdə Avropada meydana gələn sel basqınları buna misal ola bilər.  Az qala bütün Avropanı təsiri altına alan şiddətli yağışlar, çayların daşmasına səbəb olmuş, böyük Avropa şəhərlərində belə bir çox bölgə sular altında qalmışdır.

 

2002-ci ildə Hindistan, Nepal və Bangladeşdə iki ay davam edən mövsümi musson yağışlarının gətirdiyi  fəlakətlərdə ölənlərin sayı isə təxminən 900 nəfər olmuşdur. Çində isə 2002-ci ilin avqust ayında  şiddətli yağışlarının gətirdiyi sel və torpaq sürüşmələrində ölənlərin sayı 1000 nəfərə  çatmışdır.