Müsəlmanların məruz qaldıqları şiddətli bəlalar.

Axırzamanda ümmətimin başına sultanlarından şiddətli bəlalar gələr, belə ki yerlər müsəlmanlara dar gələr. (Kitab-ül Burhan fi Əlamət-il Mehdiyyil Axırzaman, s. 12)

 

Vay bu ümmətə, o öldürən zalım məliklərdən ötəri. Bu zalımlar, özlərinə itaət edənlər xaric, səssiz mütileridə (itaətkar insanlarıda) qorxudarlar. (Kitab-ül Burhan fi Əlamət-il Mehdiyyil Axırzaman, s. 13)

 

Liderlərin zülm etməsi. qiyamət əlamətlərindəndir. (Qiyamət Əlamətləri, s. 143)

 

... Fitnənin girmədiyi heç bir ev və toxunmadığı heç bir müsəlman qalmaz. Bu vəziyyət, soyumdan bir adam çıxana qədər davam eləyər. (Kitab-ül Burhan fi Əlamət-il Mehdiyyil Axırzaman, s. 25)

 

(Qiyamətin bir əlaməti) Məscidlər içərisində günahkarların səslərinin yüksəlməsi və günahkarların dinin əmr etdiklərini yerinə yetirən səmimi möminlər üzərinə qalib gəlib onlara mühakimə etmələridir. (Ölüm-Qiyamət-Axirət və Axırzaman Əlamətləri, s. 450)

 

And içərəm ki bu ümmətə elə (şiddətli) bəlalar gələcək ki, adam zülmdən, qəddarlıqdan xilas olmaq üçün sığınacaq bir yer tapa bilməyəcək. Elə sıxıntılı bir zamanda Allah Təala qohumlarımdan, mənim xanədanımdan bir kimsəni göndərəcək. (Ölüm-Qiyamət -Axirət və Axırzaman Əlamətləri, s. 437)

 

Bu hədislər, Hz. Mehdi gəlmədən əvvəl bəzi müsəlman dövlətlərdə, din əxlaqından uzaq, zalım və mərhəmətsiz xarakterli kəslərin iqtidarda olacaqlarına işarə edir. Bu vəziyyət Hz. Mehdi və Hz. İsanın gəlişlərinin yaxınlaşdığını göstərən əlamətlərdən biridir. Peyğəmbərimiz (s.ə.v) bir başqa hədisində də axırzamanda səmimi möminlərin bütün bu təzyiqlər üzündən inanclarını gizlətmək və ibadətlərini gizlin etmək məcburiyyətində qala biləcəklərini belə xəbər vermişdir:

 

Bu gün sizin aranızda münafiqlərin gizli yaşadıqları kimi bir zaman gələr ki mömin olanlar da digərlərinin arasında gizli olaraq dini həyatlarını davam etdirməyə çalışarlar. (İbni Sünni; Son Zamanlarla Əlaqədar Hədislər, s. 12)

 

Həqiqətən də bu gün İslam dünyasının bir qismində iqtidarda olan idarəçilər, Müsəlman xalqa əziyyət edərək, təzyiq və despot rejimləri ilə insanları əzirlər. Müsəlmanların öz dinlərini azad yaşamalarına və ibadətlərini etmələrinə maneə törədilir, iqtisadi çətinliklər həyatı şəraiti çətinləşdirir. Bir qisimində isə, səfeh rəhbərlər üzündən xalq müxtəlif bəlalara məruz qalır. Bu ölkələrdən bəzilərinə nümunə:

 

İranla gedən döyüşdə 3 milyonluq əhalisinin təxminən bir milyonunu itirən İraqda, faşist diktator Səddam Hüseyin xalqına dözülməz işgəncələr və zülm tətbiq etmişdir.

 

1979-cu ildə Sovet Rusiya tərəfindən işğal edildiyi gündən etibarən Əfqanıstanda, sabitliksizlik və qarışıqlıq hakim olmuş, gerçək İslam əxlaqını heç bir şəkildə təmsil etməyən bəzi Əfqanıstan iqtidarları, son dərəcə təzyiqçi, mərhəmətsiz və xoşgörüşsüz bir sistem qurmuşdur.

 

Suriyalı Müsəlmanlar Hafiz Esadın 30 il davam edən diktatorluğu boyunca müxtəlif mərhəmətsizliklərə məruz qaldılar. Qadınlara təcavüz edildiyi, kişilərə hər cür işgəncənin tətbiq olunduğu qırğınlarda bəzi şəhərlər tamamilə ortadan qalxdı.

 

Afrikanın ən kiçik ölkələrindən biri olan Cibuti, 1977-ci və 1991-ci illəri arasında, təxminən 2 min müsəlmanın qətl edildiyi, 7 min adamın da heç bir bəhanə göstərilmədən həbs olunub işgəncə verildiyi qatı bir rejimlə idarə olundu.

 

Somalidə 1969-cu ildən 1991-ci ilə qədər təxminən 20 il boyunca birbaşa müsəlmanları hədəf alan, Tümgeneral Məhəmməd Siad Barrenin liderliyində təzyiqçi bir rejim tətbiq olundu.

 

Tunis, 31 il boyunca Həbib Burgibanın diqtə rejimi altında idarə olundu. Özünü "həyat boyu respublika başçısı" elan edən Burgiba, iqtidarda olduğu müddət boyu müsəlman xalqı təzyiq altında tutdu.

 

Bunu da ifadə etmək lazımdır ki, bəzi müsəlman ölkələrdə yaşanan bu vəziyyət həqiqi İslam əxlaqının tam mənası ilə bilinməməsindən qaynaqlanır. Müsəlmanlara təzyiq edən rejimlərin ortaq xarakterlərindən biri, bu rejimlərin təməllərinin din əxlaqına uyğun olmayan təzyiqçi, kobud qüvvətə söykənən ideologiyaları mənimsəmələridir. Başqa sözlə, buna aparılmalı olan mübarizə, ideologiyalarla fikiri mübarizədir. Fikirlə uduzmaya uğrayan bir ideologiyanın ayaqda qalması mümkün deyil. Müsəlmanlar bir tərəfdən bu ideologiyaların saxtakarlıqlarını və səhvlərini gözlər önünə sərmək, bir tərəfdən də həqiqi din əxlaqını izah edərək insanları ən gözəl şəkildə doğru yola dəvət etməlidirlər. Quran əxlaqına və Peyğəmbər Əfəndimiz (s.ə.v)-in sünnəsinə uyğun olan bu üsulla, Allahın izniylə, bütün bu zülmlər sona çatacaq, müsəlman dünyası işıqlıq bir gələcəyə qovuşacaq.