Sistemlərin dəyişməsi.

Zamanın inqitağa uğradığı (zamanın kəsildiyi) bir dövrdə Mehdi deyilən bir şəxs gələcək... (Kitab-ül Burhan fi Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 14)

                     

Bu hədisdə Peyğəmbər Əfəndimiz, Mehdinin "zamanın kəsildiyi" yəni bir çox hədis şərhçisinin də ifadə etdiyi kimi "zamanın fərqliləşdiyi", "sistemlərin dəyişdiyi" bir dövrdə gələcəyini bildirmişdir. Bu hədisdə işarə edilən "sistem dəyişikliyi" ilə nəzərdə tutulanın, 20-ci əsrdə dünyanın dörd bir tərəfində hakim olan kommunist rejimlərin əsrin sonlarına doğru yıxılması olması ola biləcəkdir.

 

20-ci əsrə damğasını vuran qanlı döyüşlərin və qırğınların ən böyük səbəblərindən biri, materialist fəlsəfənin nəticəsi olan kommunist ideologiyanın hakimiyyətidir. Bu ideologiya, Avropadan Asiyaya, Cənubi Amerikadan Afrikaya qədər dünyanın böyük hissəsində təsirli olmuş, bir çox ölkə on illər boyunca kommunist rejimlər tərəfindən idarə olunmuş və ya kommunist təşkilatlar tərəfindən hədəfə alınmışdır. 1990-cı illərə qədər davam edən soyuq müharibənin və ən mərhəmətsiz qırğınların səbəbi kommunizm olmuşdur.

 

Kommunist rejimlər digər ölkələrlə döyüşərək ideologiyalarını yaymaqla yanaşı, öz xalqlarına da böyük zülm etmişlər, çox geniş kütlələri edamlar, kütləvi qırğınlar, konslagerlərdəki ağır şərtlər və qıtlıqlar kimi üsullarla öldürmüşlər.

             

1945-ci ildən etibarən davam edən iki qütblü dünya sistemi, SSSR-in yıxılmasıyla ortadan qalxdı. Bu, eyni zamanda yeni bir dünya nizamının da başlanğıcı sayılmaqda idi. Stalin: 40 milyon insanın qatili

 

Ən zalım qırğınlara səbəb olan kommunist lider - Lenin

 

60 milyona yaxın insanın qatili - Mao

             

Kommunist rejimlər, tarixçilərin hesablamalarına görə, 20. əsr boyu 120 milyon insanın ölümünə səbəb olmuşdur. Bunların çoxu, döyüş əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarından öldürdükləri vətəndaşlardır. On milyonlarla kişi, qadın, yaşlı, kiçik uşaq, körpə, yalnız kommunist rejimlərin, qatı və vəhşi xüsusiyyətləri səbəbiylə həyatını itirmişdir. Bunun xaricində milyonlarla insan, kommunistlərin zülmünə uğramış, buna görə evlərindən köçməyə məcbur edilmiş, əllərindən malları, tarlaları alınmış və hər an öldürülmə, günahsız yerə həbs olunma və ya zülmə məruz qalmaq qorxusu altında yaşadılmışlar.

 

Ancaq 20-ci  əsrin sonlarına doğru, çox güclü və sarsılmaz sanılan bu ideologiyaya sahib rejimlər bir-bir çökməyə, güclərini  itirməyə başlamışlar. Bu çöküşün ən diqqətə çarpan simvolu, 1989-cu ildə Berlin Divarının yıxılmasıdır. İki il sonra, dünyanın ən böyük və ən güclü kommunist dövləti olan SSSR  yıxılmış və Şərq Bloku tamamilə parçalanmışdır. Afrikadan Hindistana qədər fərqli kommunist rejimlər bir-birinin ardınca çökmüş, 1945-ci ildən dünyanın sabit beynəlxalq sistemi olan "iki qütblü dünya nizamı" ortadan qalxmış, siyasi şərhçilərin deyimiylə yeni dünya nizamı qurulmuşdur. Son dərəcə təəccüblü şəkildə nəticələnən bu inkişafla, hədisdə diqqət çəkilən "sistem dəyişikliyi" reallaşmışdır.

 

Hazırkı dövrdə isə, kommunizmin son fikri və siyasi qalıqları da yox olmaqda, dünya bu qanlı ideologiyadan tamamilə təmizlənməkdədir. İslam əxlaqının dünyaya yayılması ilə bu sistemlərin dünyanın dörd bir tərəfinə gətirdiyi zülm, qaranlıq və yoxluq yer üzündən gerçək mənada silinəcək, insanlar gözəlliyə, zənginliyə, rifaha və hüzura  qovuşacaqlar. Allah, çətinliklərin, qaranlıqların, döyüş, qırğın və ağrıların ardından, rəhmətinin və lütfkarlığının bir  təcəllisi  olaraq insanlara bənzərsiz nemətlər təqdim edəcək

.