Sülhün tərəfdarı olmaları və diplomatiya yolunu seçmələri.

Hz. Süleyman (ə.s.) qonşu ölkələrlə olan münasibətlərində humanist, bağışlayan, sülhsevər olmuşdur. Problemləri diplomatiya yolu ilə və ədalətlə həll etməyi seçmişdir. Hz. Süleyman (ə.s.) yaşadığı dövrdə çox üstün mədəniyyət meydana gətirmiş və güclü hakimiyyətini də diplomatiya, sənətkarlıq və mədəniyyətlə təmin etmişdir.

Hz.Zülqərneyn (ə.s.) isə, qonşu xalqlar tərəfindən "dünyada təxribatın və fitnənin qarşısını alan insan" kimi tanınan, insanlara sülh və rifah gətirən lider olmuşdur. Hz. Süleyman (ə.s.) və Hz.Zülqərneyn (ə.s.) dövrləri Qızıl dövrlə çox bənzəyir.

Qızıl dövrdə də,insanlar könüllü şəkildə müsəlman olacaq, heç bir müharibəyə ehtiyac olmadan İslam əxlaqı bütün dünyaya hakim olacaq. Hz. Mehdi (ə.s.) dövründə bütün silahlar susacaq, silaha qoyulan sərmayələr insanların rahatlığına istiqamətləndiriləcək. Hz. Mehdi dövrü əsl mənada sülh və dinclik dövrü olacaq. Bu dövrü təsvir edən hədislər bu şəkildədir: Dövründə heç kimnə yuxusundan oyandırılacaq, nə dəheç kimin burnu qanayacaq.

(Əl Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 42)

Hz. Mehdi (ə.s.) … çox sükunət içində gedəcək. (Qiyamət Əlamətləri, s. 173)

Hz. Mehdi (ə.s.), Peyğəmbərin(s.ə.v.) yoluilə gedəcək, yatan adamı oyandırmayacaq, qan tökməyəcək. (Qiyamət Əlamətləri, s. 163)

Hədislərdədə bildirildiyi kimi Hz. Mehdi (ə.s.) bütün dünyaya İslam əxlaqını sülh yolu ilə hakim edəcək, müharibə və zorakılıqdan uzaq duracaq. Hz. Mehdinin(ə.s.) tutduğu yol insanları İslam əxlaqına yönləndirəcək. O dövrdə Allahın izni ilə aşağıdakı ayələr təcəlli edəcək:

Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!(Nəsr Surəsi, 1-3)