Hz. Mehdinin (ə.s) sahib olduğu xüsusi elm və Hz. Süleymana (ə.s), Hz. Zülqərneynə (ə.s) verilən böyük elmlər.

Allah, Hz. Süleymana (ə.s.) müxtəlif elmlər lütf etmişdir. O, Allahın diləməsi ilə cinlərə və şeytanlara hökm etmiş, quşlarla danışmış, qarışqaların öz aralarındakı danışıqlarını eşitmış, külək və dəmir onun əmrinə verilmişdir. Bunların hər biri Hz. Süleymanı digər insanlardan ayıran möcüzəvi xüsusiyyətlərdir.

Hz. Zülqərneyn (ə.s.) üçün Quranda, “Biz hələ onun yanında daha nələr olduğunu da bilirik.” (Kəhf surəsi, 91) şəklində bildirilir. Ayədən də aydın olduğu kimi Hz. Zülqərneyn (ə.s.) Allahın elm verdiyi qullardandır. Hz. Mehdi (ə.s.) da eyni ilə bu iki müqəddəs insan kimi xüsusi elmlərə sahib olacaq.

Taşköprülüzade Əhməd Əfəndi, Mevzuatu'l ulum adlı əsərində (11/246) Hz. Mehdinin (ə.s.) cifr elminə (Hərflərə verilən ədəd dəyərləri ilə gələcəyə və ya keçmişdəki hadisələrə tarix salma və ya ada dair işarələr çıxarma elmi) vəqf olacağını qeyd etmişdir. Bir başqa hədisdə isə Hz. Mehdi (ə.s.) haqqında bu məlumat verilir:

Heç kimin bilmədiyi gizli elmə bələd olduğu üçün ona Hz. Mehdi deyilmişdir.
(Kitab-ül Burhan Fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 77)

Hz. Mehdinin (ə.s.) eyni ilə Hz. Süleyman (ə.s.) kimi heyvanların dilini biləcəyi və Hz. Süleyman (ə.s.) kimi insanlardan əlavə,cinlər üzərində də hakimiyyəti olacağı Muhyiddin Ərəbinin izahında bu şəkildə qeyd edilir:

O (Hz. Mehdi), təsdiqlənmiş, quş və bütün heyvanların dillərini bilən biridir. Buna görə dəədaləti, bütün insanlar və cinlər tərəfindən qəbul ediləcək.

(Qiyamət Əlamətləri, Berzenci, s. 188)