Vətəndaş müharibələri və ixtilaflar.

Şübhəsiz ki, yaxın gələcəkdə fitnə, ayrılıq və ixtilaflar olacaq. (Ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 376, nömrə. 685)

 

Adam, qardaşını öldürmədikcə qiyamət qopmaz.  (Qiyamət əlamətləri, s. 141)

 

Qəlblər  bir-birindən nifrət etmədikcə, fikirlər ayrılmadıqca, doğma  qardaşlar dində ixtilafa düşmədikcə  qiyamət qopmaz.   (Qiyamət Əlamətləri, s.142-143)

 

 

Zairənin  Hutu və Tutsi qəbilələri arasında yaşanan vətəndaş müharibəsi, XX  əsrdə yaşanan vətəndaş müharibələrinə  bir nümunədir. 1964-cü ildə iqtidara gələn Polkovnik Cozef  Mobutu ölkəsinin  bütün mədən qaynaqlarını qərb ölkələrinə açdı. Ölkə əhalisi  üçün heç bir şey etməyən Mobutu illərlə öz sərvətini artırdı. Bu səbəbdən  başlayan qəbilə müharibələri çox böyük bir soyqırıma  da səhnə oldu. Yarım milyona yaxın insan öldü.

 

Etnik irqlər arasında yaşanan döyüşlər, yəni "soy qoruyuculuğu", yalnız Zairenin deyil bir çox ölkə içində vəhşi səhnələrin yaşanması nəticələndi. Allah Quranda din əxlaqından uzaq cahil insanların bu nifrət dolu soy koruyuculuklarına belə diqqət çəkmişdir:

 

Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi )rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth Surəsi, 26)

Allahın qadağan etdiyi bu düşmənlik və kin axırzamanın ilk dövründə də görüləcək. Mehdinin zühuru  isə, bütün bu düşmənçiliklərin, müharibələrin, qarşıdurmaların sona çatdığı, dünyayada  sülh və əmin-amanlığın bərqərar olduğu  müqəddəs bir dövr olacaq.