Xaraba olmuş şəhərlərin abadlaşdırılması.

Dünyanın xarab olmuş yerlərinin adablığı, adablıq edilmiş yerlərinin təxribi qiyamətin şərt və əlamətlərindəndir. (Kıyamet Əlamətləri, s. 138)

Xaraba olan yerlərin adablığı da axır zaman əlamətlərindəndir. Döyüşlərlə keçən XX əsrdə bir çox şəhər yerlə bir olmuş və yenidən tikilmişdir. Berlin, Leningrad (St. Peterburq), Drezden kimi II dünya müharibəsi zamanı tanınmaz hala düşən böyük Avropa şəhərləri, müharibədən sonra yenidən tikilmişdir.

 

Bənzər bir misal olaraq, Yaponiyanın Kobe şəhəri 1995-ci ilin Yanvar ayında böyük bir zəlzələ nəticəsində xaraba olmuşdur. Yapon hökuməti və universitetləri, zəlzələləri əvvəldən xəbər verən bir üsula sahib ola bilmək üçün, apardıqları saysız hesabsız araşdırmalara 30 il içində bir milyard dollar yatırtmışdılar. Amma müvəffəq ola bilmədilər, çünki yerqabığındakı sarsıntıları təyin etmək üçün yüz faiz etibarlı modellər inkişaf etdirmək qeyri-mümkündür. Zəlzələnin reallaşdığı Kobe və Okasa şəhərlərinin yerləşdiyi bölgə, Yaponiyanın öncül sənaye və ticarət mərkəzlərindən idi. Buna görə zəlzələdən sonra maddi zərər milyardlarla dollar oldu. Amma bütün bu zərərə baxmayaraq Yaponlar qısa bir müddət içində Kobe şəhərini təkrar inşa etdilər.