Zamanın qısalması.

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq. Zaman qısalacaq və va sitələrlə məsafələr qısalacaq. (Buxari, Fiten: 25; Əhməd bin Hənbəl, Müsned, 2/313)

 

Miniyinə minmiş adam, İraq ilə Məkkə arasında,  yolda azma qorxusundan başqa heç bir qorxu olmadan səyahət etmədikcə qiyamət qopmaz. (Müntehabı Kenzu'l-Ummal, 2/370-371)

 

 

 

 

Onun zamanında dəvələrə ehtiyac olmaz. (Gələcəyin Tarixi 3, s. 183)

 

 

Hal hazırda  səsdən sürətli təyyarələr, qatarlar və digər inkişaf etmiş nəqliyyat vasitələri ilə, köhnə dövrlərdə aylar sürən səfərləri indi bir neçə saat içində, üstəlik çox daha etibarlı, rahat və komfortlu bir şəkildə səyahər edə bilirik.  Hədisin işarəsi də bu şəkildə reallaşmışdır.

 

Günümüzün müasir  texnologiya məhsulu olan  nəqliyyat vasitələrinə Allah Quranda bu şəkildə işarə etmişdir

 

:Atları, qatırları və uzunqulaqları sizə həm minik, həm də zinət olsun deyə (Allah yaratdı). O, sizin hələ bilmədiyiniz bir çox şeylər də yaradacaqdır. (Nəhl Surəsi, 8)

 

Peyğəmbərimiz (s.ə.v)  başqa hədislərində isə zamanın qısalması mövzusunda bu məlumatları vermişdir:

 

Zaman tekarüb edərək (yaxınlaşaraq) gecə ilə gündüz bir-birinə yaxınlaşar... (ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 374, nömrə. 681) Zaman qısalıb il ay, ay həftə, həftə gün, gün saat, saat da atəş alovlandıracaq qədər az bir zaman olmadıqca qiyamət qopmaz. (Tirmizi, İbni Macə, Əhməd bin Hənbəl; Son Zamanlarla Əlaqədar Hədislər, s. 109)

 

Hz. Ənəs (r.a) izah edir: "Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki:

 

Zaman yaxınlaşmadıqca qiyamət qopmaz.  Bu yaxınlaşma elə olar ki, bir il bir ay kimi, ay bir həftə kimi, həftədə bir gün kimi, gün saat kimi, saat da bir çıraq alovlanması kimi (qısa) olar. (Tirmizi, Zühd: 24, 2333)

 

Bu hədislərdə də görüldüyü kimi axır zamanda keçmişə görə böyük bir zaman qazancı olacaq. Necə ki,  əsrlər əvvəl qitələr arasında həftələrlə sürən  xəbərləşmə indiki vaxtda internet və rabitə texnologiyaları ilə saniyələr ərzində reallaır.  Keçmişin karvanları ilə aylar sürən səyahətlər nəticəsi çatdırıla bilən əşyaları, indiki vaxtda qısa müddətdə təmin etmək mümkündür.  Çox deyil, daha bir neçə əsr əvvəl tək bir kitabın yazılması üçün sərf edilən vaxtda bu gün milyonlarla kitab nəşr edilə bilər.