Zənginliyi və ehtişamı, İslamın mənfəəti və Allahın razılığını qazana bilmək üçün istifadə etmələri.

Hz. Süleyman (ə.s.), sahib olduğu zənginlikləri Allahın bildirdiyi İslam əxlaqını dünya üzərində yaymaq üçün ən gözəl şəkildə istifadə etmişdir. Fəth etdiyi ölkələrdə yaşayan insanları əvvəlcə Allaha iman etməyə və təslim olmağa dəvət etmişdir. Səba ölkəsinə göndərdiyi İslama dəvət məktubu bu mövzu üçün çox əhəmiyyətli dəlildir. Hz. Zülqərneyn də "... Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır..." (Kəhf surəsi, 95) ayəsindən də aydın olduğu kimi, Allahın lütfü ilə güclü iqtidara malikdir. O,bu böyük gücünü dünyadakı pozğunluğun qarşısını almaq üçün istifadə etmişdir.

Qızıl dövrədə insanlar çox böyük  zənginliyə, rifaha və dincliyə qovuşacaqlar. Hz. Mehdi (ə.s.) yer üzünün bütün zənginliyini din əxlaqını dünyaya hakim etmək üçün istifadə edəcək, fəth etdiyi ölkələrdə gözəl əxlaqı və sülhü əsas götürəcək. Onun tayı və bənzəri olmayan fəaliyyətləri insanların İslam əxlaqına qarşı qəlblərinin yumşalmasına səbəb olacaq və İslam əxlaqı çox qısa müddətdə bütün dünyaya hakim olacaq. Bu mövzudakı hədislərdən bəziləri bu şəkildədir:

Ümmətim arasında Hz. Mehdi çıxacaq, Allah onu insanları zəngin etmək üçün göndərəcək. Ümmət nemətlənəcək, heyvanlar bol-bol yeyib içəcək, ərz bitkisini (dünya məhsullarını) çıxaracaq...

(Kitab-ül Burhan fi Əlamət-el Mehdiyy-il Axır Zaman, s. 15)

... Beyətdən əvvəl, insanlar dəstə-dəstə ona axın edəcəklər və oraya gedən hər kəs ondan bərəkət qazanacaq. (əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 25)